USD - 1.7 EUR - 1.9369 RUB - 0.0256 TRY - 0.3176 DAHA ÇOX
SON DƏQİQƏ
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib Aİ Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqların konkret nəticələrini səbirsizliklə gözləyir “Azeri Light”ın bir barrelinin qiyməti 64 dolları ötüb “ASAN xidmət” mərkəzlərində 20 Yanvar şəhidləri anılıb Bəzi avtobusların hərəkət trayektoriyası dəyişdiriləcək
Prezident Miqrasiya Məcəlləsinə dəyişiklikləri təsdiqləyib

Azərbaycan Prezidenti İlham Əliyev Miqrasiya Məcəlləsinə dəyişiklikləri təsdiqləyib. 

APA-nın məlumatına görə, Miqrasiya Məcəlləsinə 16.4-cü maddə əlavə edilib. 

Maddəyə əsasən, Məcəllənin 16.1.8-ci maddəsində nəzərdə tutulmuş şəxslər cəriməni (hesablanmış dəbbə pulu daxil olmaqla) ödədikdə, onların Azərbaycan Respublikasına gəlməsi ilə bağlı qadağa dərhal götürülür.

36.1.6-cı maddədə “dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti (qeyri-dövlət təşkilatları üçün), dəvətin səbəbini təsdiqləyən sənəd (tranzit, turizm, rəsmi və şəxsi səfər vizaları üçün bu sənədlər tələb olunmur)” sözləri “(tranzit və turizm vizaları üçün bu sənəd tələb olunmur)” sözləri ilə əvəz edilib. 

Habelə aşağıdakı məzmunda 54.11-1-ci maddə əlavə edilib: “Daimi yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtinaya səbəb olan hal aradan qalxmazsa və bu hal müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina üçün əsas deyildirsə, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması) ilə bağlı bu Məcəllənin 54.11-ci maddəsində nəzərdə tutulan müddətdə müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilərlər”.

79.2-ci maddəyə isə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib: “Bu Məcəllənin 79.1.1-ci maddəsində nəzərdə tutulmuş sənədlərin ləğv edilməsinə səbəb olmuş əsaslar aradan qalxdıqda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisinə gəlməsinə qoyulmuş məhdudiyyət götürülür”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio