21/11/2018 15:54

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9340 0.0258 0.3157


İdmandasan

DÇ-2018: Xorvatiya tarixində ilk dəfə finala yüksəlib


12.07.2018   07:38


DÇ-2018-də yarımfinal mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, ikinci finalçı Xorvatiya və İngiltərə arasında matçda müəyyənləşib.

Rəqiblər Rusiyanın paytaxtı Moskvada üz-üzə gəlib. 1966-cı ildən sonra 52 ildi çempionluğa həsrət olan İngiltərə millisi yenə kuboka yaxınlaşa bilməyib. Ada təmsilçisi erkən qolla hesabı açmasına baxmayaraq, sonda meydanı məğlub tərk edib. Bununla da Xorvatiya tarixində ilk dəfə adını finala yazdırıb.

Beləliklə, final qarşılaşması iyulun 15-də Fransa ilə Xorvatiya arasında keçiriləcək. Bundan bir gün əvvəl isə Belçika ilə İngiltərə 3-cü yer uğrunda görüşdə üz-üzə gələcək.




Xəbər lenti

21 Noyabr
20 Noyabr











ASAN Radio telefonunuzda
Facebook