USD - 1.7 EUR - 1.9105 RUB - 0.0266 TRY - 0.2917 DAHA ÇOX
SON DƏQİQƏ
Problemli kreditlərlə bağlı ödənişlərin veriləcəyi tarix məlum olub Pirallahıda avtomobil yollarının yenidən qurulmasına 1,9 milyon manat ayrılıb Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaq və gənclərin əl işlərindən ibarət sərgidə - FOTOLAR Messi həftənin ən yaxşı futbolçusu seçildi Səyyar “ASAN xidmət” Qazaxda
"ASAN xidmət"də beynəlxalq görüşlər keçirilib

11 iyul 2018-ci il tarixində Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə Koreya Respublikasının ölkəmizdəki səfiri cənab Kim Çanq-Qyu arasında görüş keçirilib.

Bu barədə ASAN Radioya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib.

Koreyalı səfir Ülvi Mehdiyevi Dövlət Agentliyinin sədri təyin olunmağı münasibətilə təbrik edib. Görüş zamanı dövlət xidmətlərinin göstərilməsi və e-xidmət sahəsində Azərbaycan-Koreya arasında yüksələn xətlə inkişaf edən əlaqələrdən bəhs olunub.

Eyni zamanda görüş çərçivəsində Dövlət Agentliyinin tabeliyində olan “ABAD” publik hüquqi şəxsin fəaliyyəti və bu istiqamətdə iki ölkə arasındakı gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

11 iyul 2018-ci il tarixində həmçinin Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) prezidenti, Almaniyanın İş Yerində Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının rəhbəri Yoakim Bröyerin başçılıq etdiyi nümayəndə heyəti 3 saylı Bakı “ASAN xidmət” mərkəzi, “ASAN radio”, “ASAN Təlim-Tədris mərkəzi” və “ABAD” publik hüquqi şəxsin 3 saylı Bakı “ASAN xidmət” mərkəzində yerləşən sərgi-satış bölməsi ilə tanış olub.

Qonaqlar Qonaqlar Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsi tərəfindən qarşılanıb. 

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio