USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Canavarlar fermaya hücum edib

Bərdədə canavarlar fermaya hücum edib. Hadisə rayonun Əyricə kəndində qeydə alınıb. Kənd sakini Hörmət Rüstəmovaya məxsus fermaya gecə saatlarında canavarlar hücum edərək ona məxsus 50 baş qoyuna xəsarət yetirib. Məlumata görə, vəhşi heyvanlar 4 baş qoyunu aparıb, 12 qoyunu öldürüb, 25 qoyunu isə yaralayıb.

Hadisədən ferma sahibləri bu gün səhər saatlarında xəbər tutublar.

Hazırda Bərdə Rayon Baytarlıq Xidmətinin əməkdaşları kənddə yaralı heyvanlara yardım göstərir, ərazidə dezinfeksiya işləri aparırlar.

Sahibkara dəyən zərər müəyyən edilir.

Bir neçə gün əvvəl analoji hadisə Lerik rayonunda da baş verib. Həmin vaxt qoyunlardan 10-u fermada, 5-6-sı isə kənarda öldürülüb. Daha 10 qoyun yaralanıb, 4-5 qoyun isə yoxa çıxıb.

Hadisə vaxtı sahibkara 3 min manat ziyan dəyib.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!