21/08/2018 12:31

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9423 0.0253 0.2835


Gündəm

Azərbaycanın bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranıb


12.07.2018   16:44


Ağsu rayonu Bico kəndi ərazisindən keçən yüksək gərginlikli elektrik verilişi xətlərinin altında naməlum səbəbdən baş vermiş yanğın nəticəsində elektrik enerjisi təminatında müəyyən məhdudiyyətlər yaranıb.

Bu barədə ASAN Radioya "Azərenerji" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı məlumat verib.

Onun sözlərinə görə, yanğın səbəbindən təhlükəsizlik məqsədi ilə respublikanın bəzi bölgələrinə enerji verilişi dayandırılıb. 

Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov ASAN Radioya bildirib ki, enerji fasilə ilə bağlı Bakı metropoliteninin Bənövşəyi xəttinin iki stansiyası- "Avtovağzal" və "Memar Əcəmi" stansiyalarının işində qısamüddətli fasilə yaransa da, artıq həmin stansiyalar da işini bərpa edib. 




Xəbər lenti

21 Avqust
20 Avqust













ASAN Radio telefonunuzda
Facebook