21/09/2018 04:05

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9852 0.0255 0.2716


Dövlət qurumları

"Azərişiq”: Ölkədə elektrik təchizatında 27% həcmində məhdudiyyət tətbiq olunub


12.07.2018   17:41


“Azərenerji” ASC-yə məxsus 500 kVt-luq Abşeron yüksək gərginlikli  hava elektrik verilişi xətlərinin Ağsu rayonu Bico kəndi ərazisində yanğın baş verib və nəticədə Bakı şəhəri, Abşeron yarımadası və regionlarda elektrik enerjisi təchizatında 27% həcmində məhdudiyyət tətbiq olunub.

“APA-Economics”xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin yaydığı məlumatda deyilir.

”Azərişiq” ASC  öz şəbəkələri vasitəsilə I kateqoriyalı obyektlərin–Bakı Metrosu,H.Əliyev adına Hava limanı, su-kanalizasiya, xəstəxanalar, dövlət əhəmiyyətli obyektlərin elektrik enerjisi təchizatında məhdudiyyətlər tətbiq etməyib, hazırda  həmin obyektlər elektrik enerjisi ilə tam təmin olunurlar.

"Yaranmış narahatçılığa görə ”Azərişiq” ASC  istehlakçılarından üzr istəyir", - deyə məlumatda vurğulanıb.




Xəbər lenti

20 Sentyabr











ASAN Radio telefonunuzda
Facebook