USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Çin dilində bələdçı kursları keçiriləcək

Azərbaycan  Turizm Assosiasiyasi  və  Dillər  Universitetinin nəzdində Konfutsi İnstitutu Qarşılıqlı Əməkdaşlıq Haqqında Memorandum imzalayıblar.

ASAN Radio bildirir ki, Memorandumu Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov və  Konfutsi  İnstitutunun Çin tərəfindən direktoru Li Tszixua imzalayıb. 

İmzalanmış Memorandumun əsas məqsədi AZTA və Universitet arasında turizm sahəsində kadr potensialının inkişafına birgə töhfə verməkdən ibarətdir, belə ki, universitetin mütəxəssisləri assosiasiyanın təşkil etdiyi bələdçı kurslarının Çin dilində keçirilməsinə yardım edəcəklər. 

İmzalanma mərasımındə Çinin Azərbaycandakı səfirliyinin rəsmi  nümayəndəsi və Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov da iştirak edib.   Görüşdə iki ölkə arasında dostluq münasibətlərinin qorunması  və dərinləşməsi üçün turizmin bir vasitə olduğu qeyd olunub.  Tərəflər həmçinin turizm  sahəsində   kadr   təminatı, elmi tədqiqatların aparılması, Çin bazarında Azərbaycan turizm məhsullarının və Azərbaycan bazarında Çin turizm məhsullarının təşviqi, iki ölkənin turizm-rekreasiya   komplekslərinin   inkişafına   yardımın göstərilməsi və  turizm xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması haqqında müzakirələr aparıblar. 

Azərbaycan Turizm Assosiasiyası həmçinin, AZTA-ya üzv olan şirkətlər üçün Çin səfirliyində viza qeydiyyatının aparılması prosedurlarının sadələşdirilməsını təklif edib. Səfirlik nümayəndəsi məsələnin Çin tərəfi ilə müzakirə olunacağna söz verib.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!