USD - 1.7 EUR - 1.9314 RUB - 0.0256 TRY - 0.3176 DAHA ÇOX
SON DƏQİQƏ
"Formula 1" Azərbaycan Qran Prisi ən yaxşı yarışlardan biri seçilib Prezident İlham Əliyev Bəhreynin Kralını təbrik edib Azərbaycan Prezidenti İlham Əliyev müdafiə sənayesi işçilərini təltif edib Prezident İlham Əliyev qazaxıstanlı həmkarını təbrik edib UNESCO Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası 2019-cu ildə Bakıda təşkil olunacaq
Gəncədəki təxribatla bağlı hərbi hissələrdə mühafizənin gücləndirilməsi tapşırılıb

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ASAN Radioya verilən məlumata görə, müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri, eləcə də birlik komandirləri ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlər də cəlb olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Ali Baş Komandanın ölkənin iqtisadi inkişafı və ordu quruculuğu sahəsində əldə olunan nailiyyətlər barədə səsləndirdiyi fikirləri bir daha diqqətə çatdıran Müdafiə naziri vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.

Ali Baş Komandanın Brüssel şəhərinə səfərini qeyd edən Müdafiə naziri Avropa İttifaqı və NATO-da keçirilən rəsmi görüşlərdə, xüsusilə də Şimali Atlantika Alyansının Zirvə toplantısının kommunikesində ölkəmizin ərazi bütövlüyü, suverenliyi, o cümlədən sərhədlərinin toxunulmazlığına hörmət və dəstəyin ifadə olunmasını dövlət rəhbərinin dünyada artan nüfuzunun göstəricisi olduğunu bildirib.

Ölkə daxilindəki sabitliyin, sosial-iqtisadi inkişafın və ordu quruculuğu məsələlərinin daim dövlət başçısının nəzarətində olduğunu müşavirə iştirakçılarının diqqətinə çatdıran general-polkovnik Z.Həsənov Gəncə şəhərində törədilən təxribat nəzərə alınmaqla hərbi hissələrdə mühafizənin gücləndirilməsinin, gündəlik xidməti fəaliyyətin yüksək səviyyədə təşkilinin, xüsusilə də ön xətt bölmələrində sayıqlığın daha da artırılmasının vacibliyini qeyd edib.

Müdafiə naziri cəbhədəki mövcud vəziyyəti təhlil edərək döyüş və mənəvi-psixoloji hazırlığın, nizam-intizamın daha da artırılması, hərbi təyinatlı obyektlərin mühafizəsinin gücləndirilməsi, şəxsi heyətin qayğısına və sağlamlığına xüsusi diqqət yetirilməsi, eləcə də düşmən tərəfinin mümkün təxribatlarının qarşısının dərhal alınması məqsədilə müvafiq tədbirlərin görülməsi barədə cavabdeh şəxslərə konkret göstərişlər verib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio