USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“L’Opinione” qəzeti Dilqəm Əsgərov və Şahbaz Quliyevdən  yazır

Soydaşlarımız Dilqəm Əsgərovun və Şahbaz Quliyevin Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülməsinin 4-cü ildönümü ilə əlaqədar İtaliyanın Beynəlxalq İqtisadi və Siyasi Araşdırmalar İnstitutunun (IREPI) prezidenti Domeniko Letizianın müəllifliyi ilə nüfuzlu “L’Opinione” qəzetində “Ermənistan və insan hüquqlarının pozulması” və “Agenzia Nova” xəbər agentliyi tərəfindən “Azərbaycan: vətəndaşlar Əsgərovun və Quliyevin girov götürülməsinin 4-cü ildönümü” adlı məqalələr dərc olunub.

Məqalələrdə 2014-cü il iyulun 11-də azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərovun və Şahbaz Quliyevin Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda doğma torpaqlarını və ata-analarının məzarlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülməsindən, onların yanında olan Həsən Həsənovun isə qətlə yetirilməsindən dörd il keçdiyi, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış, beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan, Ermənistanın nəzarəti altında olan qondarma rejimin qanunsuz olaraq D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum etdiyi bildirilir. Habelə sözügedən vətəndaşların insan hüquqlarına zidd rəftara məruz qaldıqlarını sübut edən görüntülərin mövcudluğu səbəbindən məsələnin beynəlxalq müstəviyə çıxdığı, o görüntülərin Ermənistan tərəfindən mülki şəxslərin girov götürülməsini qadağan edən və hərbi münaqişələr zamanı mülki şəxslərə münasibətdə humanist davranış tələb edən 1949-cu il Cenevrə Konvensiyası qarşısında götürdüyü öhdəlikləri kobud şəkildə pozduğunu sübut etdiyi vurğulanır. Bu xüsusda Ermənistanın Azərbaycan tərəfinin humanitar hüquq normalarına əməl olunmasına və saxlanılmış mülki şəxslərin tez bir zamanda azad edilməsinə dair çağırışlarına məhəl qoymadığı diqqətə çatdırılır.

Yazılarda Ermənistanın bu addımı qeyri-humanist bir addım kimi qiymətləndirilərək münaqişənin sülh yolu ilə həllinə çətinliklər yaratdığı, təcavüz və Azərbaycan torpaqlarının işğalını möhkəmləndirməyə istiqamətlənmiş məqsədyönlü siyasət yürütdüyü qeyd olunur.

Məqalələrdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri, habelə Xocalı soyqırımı barədə məlumat verilir və beynəlxalq ictimaiyyətin çağırışlarına, beynəlxalq qurumlar tərəfindən qəbul edilmiş sənədlərə, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadığı bildirilir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!