USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Allahşükür Paşazadə: Gəncə hadisələrinin İslamla heç bir əlaqəsi yoxdur

Gəncədə baş verən hadisələr bizi məyyus edir və biz bu hadisəni terror adlandırırıq. Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Gəncə İmamzadə Dini Kompleksində QMİ-nin təşkilatçılığı ilə müşavirədə deyib.

A.Paşazadə qeyd edib ki, bu hadisə düşünülmüş şəkildə dövlət xadimlərinə, o cümlədən asayişi qoruyan insanlaraq qarşı törədilən bir terrordur: “Bu gün Azərbaycanın naliyyətlərini, dünyada apardığı siyasəti, nüfuzunu gözü götürməyən qüvvələr var”.

A.Paşazadə hesab edir ki, burada ermənilərin əlaltılarının, “yoldaşları”nın əli vardır: “Bilirsiniz bunu nəyə görə deyirəm. Mən axırıncı dəfə Qaragenlə görüşəndə Partiarx həzrətləri ilə birlikdə idik, mən ona dedim ki, siz Azərbaycana qarşı bu qədər təxribatlar törədirsiniz, o dedi ki, siz çox inkişaf edirsiniz, varlı dövlətsiniz. O boynuna aldı ki, Azərbaycana qarşı təxribatlar aparır”.

QMİ sədri bildirib ki, Gəncə icra başçısına açılan atəş dövlətçiliyə açılan atəş idi: “Ona görə biz dindarlar bunu pisləyirik. Daha sonra insanların keşiyində dayanan iki polis zabitimizin şəhid olması bir daha görtərdi ki, bu məqsədyönlü şəkildə törədilən bir hadisə idi və Azərbaycanda iğtişaşlar törətmək istəyən, Azərbaycanın rifahını gözü götürməyən qüvvələrin işidir”.

A.Paşazadə əlavə edib ki, bu hadisədən sonra din xadimləri yekdilliklə bu hadisəni pislədilər: “Dindarlar da cəmiyyətin bir hissəsi kimi öz haqq səslərini qaldırdılar”.

QMİ sədri əlavə edib ki, bu hadisəni törədənlər dindən istifadə edirlər: “Bu hadisələrin İslamla heç bir əlaqəsi yoxdur. Terrorçu heç zaman islamçı, dindar ola bilməz. Bir insan terrora əl atırsa, digər insanın həyatına qəsd edirsə, bu insan dindən uzaq insandır və ona qarşı ölçü görülməlidir”.

Xatırladaq ki, iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı terror aktı törədilib, bir həftə sonra, iyulun 10-da saat 20 radələrində 150-200 nəfərdən ibarət bir qrup radikal ünsür şəhər icra hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keşikçilərinə müqavimət göstəriblər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınıb.

Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən polis zabitləri İlqar Balakişiyev və Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!