USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
"Bakı Piknik Festivalı" keçiriləcək  

ASAN Könüllülük Məktəbinin “Yaşıl ASAN” təşəbbüsü, “Təmiz Şəhər” ASC, Coca-Cola Şirkəti, Azərbaycan Yelkən Federasiyası, Sevimli Bala və Amapola Exclusive Events birgə təşkilatçılığı ilə "Bakı Piknik Festivalı" keçiriləcək.

Bu barədə ASAN Radioya Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyal üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsindən bildirilib.

27-28 iyul tarixlərində saat 18:00-da Bakı Piknik Festivalı Böyük Şor gölü Parkında keçiriləcəkdir.Tədbirdə akustik musiqili proqram( açıq mikrofon), müxtəlif oyunlar, müsabiqələr, faceart və s. keçiriləcək. Piknikə qonaqlar qida zənbili və oturmaq üçün ləvazimatlarla qoşula bilərlər.

Tədbir bütün ictimaiyyətə açıq keçiriləcəkdir. Minimum 300 nəfərin iştirakı nəzərdə tutulub.

Piknik saat 18:00 – 21:00-a qədər davam edəcəkdir. 

• Coca – Cola şirkəti tərəfindən ASAN Könüllüləri üçün içki pulsuz olacaqdır.

• Həmçinin uşaqlar üçün Sevimli Bala tərəfindən əyləncəli güşə yaradılacaqdır.

• Bakı Piknik Festivalında Azərbaycan Yelkənli İdman Federasiyası tərəfindən :

 

 “Optimist” və “Laser” sinifləri üzrə yelkənli qayıqlar nümayiş olunacaq.

 Yelkənli idman növü, o cümlədən yelkənli qayıqların necə idarə edilməsi barədə məlumatlar veriləcək uşaqlara dəniz düyünlərinin müxtəlif növləri nümayiş olunacaq, dəniz düyünlərini bağlaya bilən uşaqlara həvəsləndirici kiçik hədiyyələr təqdim olunacaq.

 hava şəraitindən asılı olaraq həm quruda, həmçinin göldə təlimlərin necə aparılması nümayiş olunacaq.

 

• Azərbaycan İdman və Velosiped Federasiyası tərəfindən velosipedlərə xüsüsi endirimlər olacaqdır.

• Lazzmaster tərəfindən əyləncəli müsabiqələrin qalibləri dondurma paketləri ilə təmin olunacaqlar.

• Xırtaxırt   tərəfindən əyləncəli müsabiqələrin qalibləri dondurma paketləri ilə təmin olunacaqlar.

• Piknikda ilkin tibbi yardım məntəqəsi fəaliyyət göstərəcəkdir. Həmçinin ödənişsiz terapevt məsləhəti ala biləcəksiniz.

 

Qeyd : Piknikə yarım saat əvvəlcədən gəlməyiniz xahiş olunur.

 

Ətraflı məlumat üçün:  

Link: https://www.facebook.com/events/1769911666421034/

(+994) 12 4447444 

(+994) 70 408 0 108

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!