USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Konservatoriyada Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin növbəti tədbiri keçirilib

İyulun 17-də Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin (International Society for Music Education – ISME) 33-cü Ümumdünya Konfransının növbəti tədbiri Azərbaycan Milli Konservatoriyasında gerçəkləşib.

ASAN Radio xəbər verir ki, Təhsil, Mədəniyyət nazirlikləri, TÜRKSOY və Türk Dünyası Musiqi Təhsili Təşkilatının birgə təşkilatçılığı ilə reallaşan konfransda tanınmış mədəniyyət və incəsənət xadimləri, habelə beynəlxalq musiqi təşkilatlarının nümayəndələri iştirak ediblər.

Azərbaycan Milli Konservatoriyasının prorektoru Lalə Hüseynova çıxış edərək deyib ki, bugünkü konfransın mövzusu “Türk sessiyası” adlanır.

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək belə bir tədbirin ölkəmizdə keçirilməsinin əhəmiyyətindən söz açıb. Nazir müavini söyləyib ki, Azərbaycanda müxtəlif etnik xalqlar daim sülh və əmin-amanlıq içərisində yaşayıblar. Qeyd edib ki, ölkəmiz son illər sivlizasiyalararası və mədəniyyətlərarası dialoqa öz töhfəsini verməkdədir.

“Ölkəmiz bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu baxımdan, qeyd edilən tədbirlərin sırasında bir çox beynəlxalq musiqi festivalları da yer alır. Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin növbəti konfransının Bakıda keçirilməsi ölkəmizin dünya sivilizasiyasına və mədəniyyətinə növbəti töhfəsidir. Ölkəmizdə musiqi sahəsinin inkişafına dövlət tərəfindən xüsusi diqqət ayrılıb. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə musiqi təhsili inkişaf edir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın da bu sahəyə məxsusi qayğısı var. Bütün bunlar göstərir ki, bu diqqət və qayğıların nəticəsi olaraq Azərbaycan muğamı , Azərbaycan aşıq sənəti , tar və onun ifaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib”, - deyə S.Məmmədəliyeva söyləyib.

Nazir müavini əlavə edib ki, musiqi təhsili insanın şəxsiyyət kimi formalaşmasına, analitik təfəkkürün inkişafına müsbət təsir edir. Ölkəmizdə gənc nəslin musiqi təhsili hər zaman diqqət mərkəzində olub. Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin bu konfransın əsas məqsədi musiqi sahəsində əlaqələrin gücləndirilməsi, musiqi müəllimləri arasında əlaqəni genişləndirməkdən ibarətdir.

Təhsil nazirinin müavini Firudin Qurbanov deyib: “Musiqiyə həsr edilmiş beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi ölkəmizin ictimai həyatında olduqca əlamətdardır. Musiqi insanların formalaşması və mədəni səviyyəsinin yüksəlməsində mühüm faktordur. Hər bir ölkədə musiqiyə və musiqi təhsilinə xüsusi diqqət yetirilir, o cümlədən Azərbaycanda. Ölkəmizdə bir çox incəsənət yönümlü ali və orta ixtisas məktəbləri fəaliyyət göstərir. Azərbaycanda 9 ali təhsil ocağında 10 musiqi ixtisası üzrə kadrlar hazırlanır. Musiqi məktəblərində 3 mindən çox tələbə təhsil alır. Ölkəmizdə musiqi təhsilinin çox böyük tarixi var. Müsəlman şərqində ilk konservatoriya məhz Azərbaycanda yaradılıb. Bu illər ərzində ölkəmizdə musiqi təhsili sahəsində çoxsaylı kadrlar yetişdirilib”.

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq Artisti Siyavuş Kərimi və TÜRKSOY-un baş katibi Düsen Kasainov çıxış edərək konfransın Bakıda keçirilməsini yüksək qiymətləndiriblər.

Bildirilib ki, mədəniyyət və təhsillə bağlı belə bir tədbirin Azərbaycanda təşkili dövlətin bu sahəyə olan diqqət və qayğısının nəticəsidir.

Konfransda musiqişünasların, musiqinin tədrisi üzrə mütəxəssislərin, professorların, həmçinin bir sıra beynəlxalq ekspertlərin məruzələri dinlənilib.

Konfrans çərçivəsində “İnstrumental və vokal ifaçılığında tədris” və “Musiqi ifaçılığında sağlam həyat tərzi” adlı mövzular müzakirə edilib, bu istiqamətdə fikir mübadiləsi aparılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!