USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
ADRA KİV nümayəndələri üçün “Açıq qapı” günü keçirib

Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin yaranmasının 1 illiyi münasibətilə qurumda mətbuat nümayəndələri üçün “Açıq qapı” günü təşkil edilib. ASAN Radio Agentliyə istinadla xəbər verir ki, layihəni həyata keçirməkdə məqsəd ictimaiyyəti açıq məkanda reklam yerləşdirilən zaman mövcud prosedurların sadələşdirilməsi yönündə yeni texnologiyaların tətbiqi barədə məlumatlandırmaq, sahibkarların inzibati yükünün azaldılması istiqamətində görülən işlər və yaradılan şəffaf şəraitlə tanış etmək olub. 

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, reklam daşıyıcılarının üzərində yerləşdirilən reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirir. 

Ölkə üzrə 11 Regional İdarədən ibarət Agentliyin müfəttişləri mütəmadi monitorinqlər aparır, daha effektiv reklam yayımının həyata keçirilməsi üçün reklam yayıcısı olan sahibkarları qanunvericiliyin tələbləri barədə maarifləndirir, eyni zamanda texniki təhlükəsizlik tələblərinə cavab verməyən reklam daşıyıcılarının və qanunvericiliyə uyğun olmayan reklamların yayımının aradan qaldırılması istiqamətində tədbirlər görür, açıq məkandakı reklamlarda Azərbaycanın dövlət dili və dövlət rəmzlərinin qorunmasını təmin edir. 

Açıq məkanda reklam yerləşdirmək istəyən sahibkarların qeydiyyatdan keçməsi üçün mövcud prosedurların sadələşdirilməsi məqsədi ilə elektron müraciət sisteminin yaradılması yönündə müvafiq işlər yekunlaşmaq üzrədir. Göstərilən xidmətlərin əlçatanlığının artırılması məqsədi ilə “Reklam daşıyıcılarının onlayn qeydiyyatı” sistemi tezliklə Agentliyin rəsmi internet səhifəsinin tərkib hissəsi olaraq istifadəyə veriləcək. Hər bir reklam yayıcısı səhifədə qeydiyyatdan keçməklə reklam yayımı xərclərini hesablaya və yeni reklam qurğularının qeydiyyatı üçün müraciət edə biləcək. 

Dövlət Reklam Agentliyi həmçinin işin effektivliyini artırmaq üçün maddi-texniki bazanın təkmilləşdirilməsi istiqamətində müəyyən addımlar atıb. Müfəttişlər ərazilərdə monitorinqlər aparmaq üçün yanacaq sərfiyyatı az olan, ekoloji cəhətdən təmiz avtomobillərlə təmin ediliblər. Sahibkarlarla ünsiyyət zamanı işin daha şəffaf aparılması üçün avtomobillər video-müşahidə kameraları ilə təchiz olunub. Agentliyin müfəttişlərinin innovativ texnologiyalarla təchiz olunması istiqamətində görülən işlərin tərkib hissəsi olaraq, qurum üçün xüsusi hazırlanmış reklam səthini məsafədən ölçmə cihazı da artıq istifadəyə verilib. 

Xatırladaq ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Prezident cənab İlham Əliyevin 20 iyun 2017-ci il tarixli Fərmanı ilə yaradılıb.

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Prezident cənab İlham Əliyevin 20 iyun 2017-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin yaradılmasında əsas məqsəd açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirməkdir.

Reklam haqqında Azərbaycan Respublikasının qanununa görə, açıq məkanda reklam yerləşdirmək istəyən sahibkar Dövlət Reklam Agentliyindən icazə almalıdır və bunun üçün dövlət rüsumu, eyni zamanda yayım haqqının ödənilməsini təmin etməlidir. 

Ölkə üzrə 11 ərazi idarədən ibarət Agentlik açıq məkanda reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə və reklam yerləşdirilməsinə nəzarət edir. Həmçinin reklam qurğularının və yayımlanan reklamların qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır. Sahibkarlar bu sahədə hüquqi normativ aktlarla tanış edilir, onlara metodiki tövsiyyələr verilir. Daha effektiv yayımın həyata keçirilməsi üçün Agentliyin əməkdaşları mütəmadi monitorinqlər aparır, sahibkarları qanunvericiliyin tələbləri o cümlədən qeydiyyat prosesi barədə maarifləndirir. 

Qeydiyyat prosesi çox sadədir. Bu prosedur Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il Fərmanı ilə təsdiq edilmiş, həmin qaydaya uyğun olaraq sahibkar Agentliyə müraciət etdikdən sonra ona açıq məkanda reklam yerləşdirilməsinə dair icazə və texniki şərtlər pasportu verilir. 

Agentliyin apardığı monitorinqlər göstərir ki, açıq məkanda icazə sənədləri olmadan yayımlanan reklamlar bəzi hallarda təhlükəsiz istismar üçün yararlı olmur, yerləşdiyi ərazinin estetik görünüşünə xələl gətirir, müşahidə kameraları üçün məhdudiyyətlər, yol hərəkəti iştirakçıları üçün isə təhlükə yaradır. Agentlik texniki təhlükəsizlik tələblərinə cavab verməyən reklam daşıyıcılarının və qanunvericiliyə uyğun olmayan reklamların yayımının aradan qaldırılması istiqamətində tədbirlər görür. Bu isə o deməkdir ki, açıq məkandakı reklamlarda dövlət rəmzləri və dili ilə bağlı səhvlərin qarşısı alınır.

Açıq məkanda reklam yerləşdirilməsinə dair icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan yayımlanan reklamlar müəyyən edildikdə, əvvəlcə həmin reklam yayıcılarının maarifləndirilməsi təmin edilir, sahibkarlara qanunvericiliyin tələbləri izah olunur, mövcud problemlərin aradan qaldırılması tövsiyə edilir. Buna əməl edilmədikdə akt tərtib edilir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına yazılı göstəriş təqdim olunur. Yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklam yayımının dayandırılması üçün zəruri tədbirlər görülür. Bu zaman qanunvericiliyin tələblərinə əməl etməyən sahibkar cərimələnə bilər.

Sahibkarların hüquqlarının qorunması məqsədilə Agentliyin 1412 Çağrı Mərkəzi fəaliyyət göstərir. Açıq məkanda reklam yerləşdirmək istəyən, eləcə də reklamı olan sahibkarlar bu nömrəyə zəng vurmaqla müraciətlərini, təkliflərini və şikayətlərini bildirə, onları maraqlandıran suallara cavab tapa bilərlər. 

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi bazarın stimullaşdırılması, azad rəqabət mühitinin inkişafı və şəffaf tənzimləmə sisteminin formalaşmasına xidmət edir. Agentliyin qısa müddətdə reallaşdırdığı yeniliklərdən biri də reklam daşıyıcılarının onlayn qeydiyyatı sisteminin həyata keçirilməsidir. Müasir informasiya-kommunikasiya texnologiyalarını tətbiq etməklə reklamların yayımı və istehsalı sahəsində mərkəzləşdirilmiş idarəetmə sistemi agentliklə sahibkar arasında rahat platforma rolunu oynayır. Həmçinin açıq məkanda yerləşdirilmiş reklam daşıyıcılarının və yayımlanan reklamların elektron bazası işin effektivliyinə təminat yaradır. Agentlik dövlət orqan və qurumlarının keçirdiyi irimiqyaslı tədbirlərin təşkilində və tərtibatında da fəal iştirak edir.

Azərbaycan iqtisadiyyatının dinamik inkişafı bir çox mühüm amillərlə yanaşı, xidmət sahəsinin genişlənməsi və yüksək keyfiyyəti ilə sıx bağlıdır. Uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatı sürətlə inkişaf edir. Bütün layihələrin mərkəzində isə insan amili dayanır. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi fəaliyyətini vətəndaş məmnunluğunu təmin etmək istiqamətində qurub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!