USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Kuboku kim qazanacaq: “Qarabağ”, yoxsa “Neftçi”?

Bu gün Azərbaycan kubokunun final oyunu keçiriləcək. Bu qarşılaşma ilə ölkəmizdə 2015/16 mövsümünə yekun vurulacaq.

 

Ardıcıl 3-cü dəfə Topaz Premyer Liqasını çempion kimi başa vuran “Qarabağ” “Neftçi” ilə oynayacaq. Ötən il olduğu kimi bu mövsümü də qızıl dublla başa vurmaq istəyən ağdamlılar bunu bacarsalar, həm də ilkə imza atmış olacaqlar. Belə ki, Azərbaycan birinciliyində hələ heç bir komanda ardıcıl iki dəfə bu uğuru qazana bilməyib.

 

Ümumilikdə isə əgər bu, gerçəkləşsə, “Qarabağ” tarixində üçüncü dəfə qızıl dubl etmiş olacaq.

 

“Neftçi” isə ardıcıl 5-ci dəfə çıxış edəcəyi həlledici matçı qələbə ilə başa vurmaq və mövsümü titulla yekunlaşdırmaq istəyir. Bu, həm də bərbad mövsüm keçirən “ağ-qaralar”ın azarkeşləri qarşısında bəraət şansı ola bilər.

 

Əgər paytaxt klubu bunu bacarıb özününü 7-ci ölkə kubokunu qazana bilsə, Vəli Qasımov da məşqçi karyerasının ilk mükafatını qazanmış olacaq. Əks halda isə Qurban Qurbanov 3-cü dəfə sevinəcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!