USD - 1.7 EUR - 1.9292 RUB - 0.0255 TRY - 0.3157 DAHA ÇOX
SON DƏQİQƏ
Prezident İlham Əliyev Gülağa İslamovu ordenlə təltif edib BMT-nin qərargahında “Dağ yəhudiləri” kitabının təqdim olunması şərəfinə rəsmi qəbul Tanınmış futbol fristayleri Bakıya gələcək Fransa Prezidenti: “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün səylərimizi davam etdirəcəyik” Şəhid hərbi qulluqçuların daha 423 vərəsəsinə birdəfəlik ödəmələr veriləcək
Məktəblilərin “ASAN xidmət”ə ekskursiyası

Məktəblilərin yay tətili günlərinin səmərəli, maraqlı və əyləncəli olması məqsədilə “Məktəblinin dostu”  layihəsi çərçivəsində reallaşdırılan "Yay məktəbi" davam edir.

ASAN Radio bildirir ki, "Yay məktəbi" çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 276 nömrəli tam orta məktəbin V və VI sinif şagirdlərinin “ASAN xidmət”ə ekskursiyası təşkil edilib. Ekskursiya zamanı məktəblilər mərkəzdə vətəndaşlara göstərilən xidmətlərlə yaxından tanış olublar. 

Şagirdlər həmçinin, elektron xidmətlərin göstərilməsi zamanı qarşıya çıxan məsələlərin həlli prosesini və metodiki dəstəyin göstərilməsi məqsədilə yaradılmış “108” telefon məlumat mərkəzində müraciətlərin cavablandırılmasını izləyiblər.

Daha sonra şagirdlər “ASAN Kommunal” mərkəzinə gələrək, müxtəlif kommunal xidmətlər barədə məlumatlar əldə ediblər.

Ekskursiya zamanı şagirdlərə “ASAN xidmət”in yaradılması, inkişafı və fəaliyyəti barədə geniş məlumat verilib. Eyni zamanda, məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, ödənişsiz qaydada təşkil olunan “Yay məktəbi” Bakı şəhəri üzrə “Məktəblinin dostu” layihəsinin tətbiq olunduğu 18 məktəbi əhatə edir.

“Yay məktəbi” zamanı 1000-ə yaxın şagird üçün təlim, seminar və informativ sessiyaların keçirilməsi, müxtəlif idman yarışlarının, əyləncəli saatların təşkil edilməsi planlaşdırılır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio