USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bu günədək “ASAN xidmət” mərkəzlərinə 600-dən çox xarici nümayəndə heyəti gəlib - Müsahibə

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Əbdül Əliyevin ASAN Radioya müsahibəsi:

- Dövlət Agentliyinin beynəlxalq əlaqələri inkişaf edir. Bir sıra ölkələrlə əməkdaşlıq edilməkdədir. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti BMT-nin Dövlət Xidmətləri Forumunda iştirak edib. Forum haqqında məlumat verərdiniz.

- Bildiyiniz kimi, 2012-ci ildə cənab Prezidentin Fərmanı ilə yaradılmış Dövlət Agentliyi fəaliyyətə başladığı vaxtdan səmərəli və faydalı beynəlxalq əlaqələrin qurulmasına xüsusi diqqət ayırmışdır. Bu istiqamətdə əsas vəzifəmiz "ASAN xidmət" konsepsiyasının beynəxalq aləmdə təşviqi və tanınmasından ibarət olmuşdur. Dövlət Agentliyini təmsil edən nümayəndə heyətləri indiyədək müxtəlif ölkələrə rəsmi və işgüzar səfərlər etmiş, beynəlxalq təşkilatların yüksək səviyyəli tədbirlərində iştirak etmişdir. Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti 2018-ci il 21-23 iyun tarixində BMT-nin Dövlət Xidmətləri Forumunda iştirak etmək üçün Mərakeş Krallığına səfər etmişdir. Məlumat üçün qeyd edək ki, BMT Baş Assambleyası tərəfindən 2003-cü ildə qəbul edilmiş qətnaməyə əsasən, 23 iyun - "Dövlət Xidmətləri Günü" elan edilmişdir. Həmin ildən etibarən BMT-nin ənənəvi Dövlət Xidmətləri Forumu keçirilməkdədir. Builki forum da məhz 21-23 iyun tarixində Mərakeş Krallığının Marrakeş şəhərində keçirilmişdir. 

Foruma müxtəlif ölkələri təmsil edən 600 nəfərdən çox nümayəndə, habelə dövlət idarəçiliyi və dövlət xidmətləri üzrə nazirlər, yerli idarəetmə orqanlarının rəhbərləri, yüksək vəzifəli rəsmi şəxslər, beynəlxalq təşkilatların və akademik dairələrin nümayəndələri qatılmışlar.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 2015-ci ildən bəri BMT-nin Dövlət Xidmətləri mükafatının qalibi kimi sözügedən foruma daimi olaraq dəvət olunur.

Forum çərçivəsində Dövlət Agentliyi ilə Mərakeş Krallığının İnzibati İslahatlar və Dövlət Qulluğu Nazirliyi arasında "İdarəçilik islahatı və dövlət xidmətləri sahəsində əməkdaşlıq haqqında" Anlaşma Memorandumu, eyni zamanda Dövlət Agentliyi ilə Afrika Birləşmiş Şəhərlər və Yerli Hökumət Təşkilatı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. Forum zamanı “Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün liderlik bacarıqlarının və düşüncə tərzinin dəyişdirilməsi” mövzusunda təşkil olunmuş sessiyada Dövlət Agentliyinin nümayəndəsi “ASAN xidmət” barədə təqdimatla çıxış etmişdir. Təqdimat və ümumilikdə "ASAN xidmət" konsepsiyası tədbir iştirakçılarının çox böyük marağına səbəb olmuşdur. 

Eyni zamanda qeyd etmək istərdim ki, səfər zamanı nümayəndə heyəti Rabat şəhərində Mərakeş Krallığının sənətkarlıq və sosial iqtisadi məsələlər üzrə dövlət naziri Cəmilə Əl Musalli ilə görüşmüşdür. Dövlət naziri ilə keçirilən görüş zamanı ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək məqsədi ilə yaradılan “ABAD” (“Ailə Biznesinə Asan Dəstək”) mərkəzlərinin fəaliyyəti ilə bağlı müzakirələr aparılmışdır.

Bundan əlavə, səfər çərçivəsində bir sıra xarici ölkələrin yüksək vəzifəli rəsmi şəxsləri ilə görüşlər keçirilmiş və gələcək əməkdaşlıq perspektivləri və birgə fəaliyyət sahələri üzrə layihələrin müzakirəsi aparılmışdır.   

- BMT mükafatı haqqında nə deyə bilərsiniz?

- “ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına layiq görülmüşdür. “ASAN xidmət” seçim prosesinin bütün mərhələlərindən 800 namizəd arasından uğurla keçmiş və 20-24 aprel 2015-ci il tarixində BMT-nin Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin illik sessiyasında qalib seçilmişdir. “ASAN xidmət” “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında ən yüksək - 1-ci yerə layiq görülmüşdür. Xüsusilə vurğulamaq istərdim ki, MDB ölkələri arasında Azərbaycan müvafiq mükafata layiq görülən yeganə ölkədir.

Mükafatın məqsədi dövlət idarəçiliyi sahəsində dünya ölkələrində mövcud olan ən qabaqcıl innovativ təcrübələri təltif etmək və bu kimi ən uğurlu təcrübələrin digər dövlətlər tərəfindən tətbiqini təşviq etməkdir.

-Mərərakeş Krallığının İnzibati İslahatlar və Dövlət Qulluğu Nazirliyi ilə imzalanmış Anlaşma Memorandumunun icrasından nələr gözlənilir? 

- Anlaşma Memorandumunun məqsədi “ASAN xidmət” nümunəsi əsasında Mərakeşdə daha keyfiyyətli dövlət xidmətlərinin göstərilməsi məqsədilə Mərakeş hökumətinə dəstəyin göstərilməsi, habelə dövlət xidmətlərinin təqdim edilməsinin yeni konsepsiyaları və idarəetmə mexanizmlərinə həsr edilmiş birgə tədbirlərin keçirilməsi üzrə əməkdaşlığın qurulmasıdır. Anlaşma Memorandumu iki ölkə arasındakı əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsinə təkan verəcəkdir.

- Dövlət Agentliyi beynəlxalq əməkdaşlıq əlaqələrini ikitərəfli formatdan əlavə çoxtərəfli şəkildə beynəlxalq təşkilatlarla da davam etdirir. Bu barədə nə deyə bilərsiniz?

- Dövlət Agentliyi olaraq dünyanın bir çox aparıcı beynəlxalxaq təşkilatları ilə aktiv şəkildə əməkdaşlıq edirik. Bunların sırasında BMT, Avropa İttifaqı, Avropa Şurası, UCLG kimi təşkilatların adlarını qeyd edə bilərik.

Kadr potensialının inkişaf etdirilməsi istiqamətində BMT və Avropa İttifaqı ilə indiyə qədər bir sıra uğurlu layihə həyata keçirilmişdir. Sözügedən təşkilatların yüksək vəzifəli rəsmiləri ölkəmizdə olarkən “ASAN xidmət” mərkəzləri ilə tanış olmuş, eyni zamanda “ASAN Radio”ya müsahibələr vermişlər. 

BMT və ona üzv ölkələrlə aparılmış uğurlu fəaliyyətin nəticəsi olaraq cari il 22 mart tarixində Cenevrədə keçirilmiş BMT-nin İnsan Hüquqları Şurasının 37-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə “Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Davamlı İnkişaf Məqsədlərinin təşviqi” adlı qətnamə yekdilliklə qəbul edilib. Bu qətnamə dünyanın qlobal inkişaf proqramını müəyyən edən BMT-nin Davamlı İnkişaf Məqsədlərinin 2015-ci ildə qəbul olunmasından bəri təşkilatın İnsan Hüquqları Şurası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə qəbul edilmiş ilk sənəddir. Qətnamənin qəbul olunmasında Dövlət Agentliynin böyük rolu olmuşdur, BMT İnsan Hüquqları Şurasında ASAN ilə bağlı təqdimat olunmuşdur və tərəfdaş ölkələrlə iş aparılmışdır, hətta qətnamənin özündə ASAN xidmət təcrübəsinə istinad olunmuşdur.

Həmçinin, bir neçə dəfə Avropa Parlamentində təşkil olunan yüksək səviyyəli tədbirlərdə “ASAN xidmət”in təqdimatı həyata keçirilmişdir. “ASAN xidmət” ilk dəfə 2014-cü ildə  23 fevral tarixində Belçikanın paytaxtı Brüssel şəhərində Avropa Parlamentində təqdimat edilmişdir və məlumat üçün bildirim ki, cari ilin iyun ayında da  Avropa Parlamentində "ASAN xidmət" təcrübəsi ilə təqdimatı edilmişdir.

Bundan başqa, 10 noyabr 2017-ci il tarixində Dövlət Agentliyi ilə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) arasında Anlaşma Memorandumu imzalanmışdır. Memorandum İSESCO ölkələrində "ASAN xidmət" təcrübəsinin tətbiq edilməsi üçün bizə geniş imkanlar yaradır və biz artıq bu istiqamətdə işlər aparırıq.

Dövlət Agentliyinin apardığı beynəlxalq fəaliyyət çərçivəsində Afrika Birləşmiş Şəhərlər və Yerli Hökumət Təşkilatı (United Cities and Local Governments of Africa (UCLG-Afrika) ilə də sıx əməkdaşlıq əlaqələri qurulmuşdur. Mərakeşə səfər çərçivəsində UCLG Afrika təşkilatı ilə Anlaşma Memorandumunun imzalanmasının əsas məqsədi “ASAN xidmət” nümunəsi əsasında Afrika ölkələrinin yerli idarəetmə orqanlarının nümayəndələrinə daha keyfiyyətli dövlət xidmətlərinin göstərilməsi üçün“ASAN xidmət” təcrübəsinə əsaslanan təlimlərin keçirilməsi, ekspert dəstəyinin göstərilməsi, habelə birgə tədbirlərin həyata keçirilməsi üzrə hüquqi-təşkilati mexanizminin yaradılmasıdır.

Bundan başqa, Dövlət Agentliyin əməkdaşlarının xarici ölkələrdə müxtəlif mövzularda təşkil edilən seminarlarda iştirakının təmin edilməsi istiqamətində Türk İşbirliyi və Koordinasiya Agentliyi (TİKA), Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq həyata keçirilir.

- Dövlət Agentliyinin xarici ölkələrin qurumları ilə əməkdaşlığı necə həyata keçirilir?

Dövlət Agentliyinin xarici ölkələrin partnyor qurumları ilə əlaqələri əməkdaşlığın hüquqi bazasını yaradılması, qarşılıqlı təcrübə səfərlərinin, məsləhətləşmələrin həyata keçirilməsi istiqamətində davam etdirilir. Belə ki, əməkdaşlıq etdiyimiz bir sıra xarici ölkələrin dövlət xidmətləri sahəsində çalışan əməkdaşlarına “ASAN xidmət” təcrübəsinə əsaslanaraq “ASAN xidmət” modeli əsasında dövlət xidmətlərinin təşkili və göstərilməsi üzrə təlimlər və ekspert dəstəyi vasitəsilə dövlət xidmətlərinin təqdim edilməsinin yeni konsepsiyaları və menecment mexanizmlərinə yiyələnməsində dəstək verilmişdir.  Misal olaraq, “ASAN xidmət” modelinin Əfqanıstan İslam Respublikasında uğurla tətbiq olunması çərçivəsində Əfqanıstan nümayəndələrinin Dövlət Agentliyi tərəfindən təlimlərə cəlb edilməsi və onlara ekpert dəstəyinin göstərilməsini qeyd etmək olar. 

Həmçinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İndoneziya Respublikasının İnzibati və Bürokratik İslahatlar Nazirliyi arasında Anlaşma Memorandumun implementasiyası çərçivəsində 4-6 iyul 2018-ci il tarixində İndoneziya Respublikasının müxtəlif regionlarını təmsil edən nümayəndə heyəti ölkəmizə səfər edib.  Məqsəd “ASAN xidmət” mərkəzləri ilə tanış olmaq və Dövlət Agentliyi tərəfindən onlar üçün təşkil edilən təlimlərdə iştirak etmək olub.

Səfər müddəti ərzində İndoneziya nümayəndə heyətinə “ASAN Təlim-Tədris Mərkəzi”ndə Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən “İnteqrasiya olunmuş xidmətlər və innovasiyalar üzrə Azərbaycan modeli” başlığı altında müxtəlif mövzular üzrə təlimlər keçirilmişdir. 

O cümlədən, beynəlxalq əməkdaşlıq istiqamətlərimizə uyğun olaraq Dövlət Agentliyinin və ASAN xidmət mərkəzlərinin əməkdaşları mütəmadi olaraq Avropa və bir sıra Asiya ölkələrində təşkil olunan beynəlxalq təlim və təcrübə mübadilələrində iştirak edirlər.

- ASAN-ı öyrənmək, araşdırmaq istəyən təşkilatlar, tədqiqat institutları ilə əməkdaşlıq edilirmi?

Əlbəttə, Dövlət Agentliyi fəaliyyəti çərçivəsində milli maraqlarımıza zidd olmayan istənilən sahədə əməkdaşlıq etməyə hazırdır. Dövlət idarəçiliyi və dövlət siyasəti sahəsində araşdırmalarla məşğul ola akademik dairələr tərəfindən də “ASAN xidmət” konsepsiyasına böyük maraq var. Nümunə olaraq, Harvard,Tafts, MİT Universitetlərinin tələbə, məzun və professor heyətdən ibarət olunan nümayəndə heyəti, o cümlədən ABŞ-ın Ramsfeld fondunun təqaüd proqramının iştirakçılarından ibarət nümayəndə heyətinin “ASAN xidmət” mərkəzlərinə səfəri və yaxından tanış olmaqlarını deyə bilərəm.

Qonaqlara "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub. Dövlət idarəçiliyində və dövlət xidmətlərinin çatdırılmasında ən effektiv və innovativ üsul olaraq ASAN xidmət qonaqlarda böyük maraq oyadıb.

Qeyd etmək lazımdır ki, ASAN-la bağlı 100-ə yaxın xarici mətbuat orqanında xəbər, məqalələlər dərc olunub. Bu hesab edirəm ki, beynəlxalq aləmdə ASAN-a böyük marağın olmasından xəbər verir. Bu günədək “ASAN xidmət” mərkəzlərində 600-dən çox xarici nümayəndə heyəti qəbul edilmişdir. Bundan əlavə, müvafiq illər ərzində dünyanın bir çox ölkələrində təşkil olunmuş mühüm beynəlxalq konfrans, seminar, təlimlərdə Dövlət Agentliyinin nümayəndələrinin iştirakı təmin olunmuş və "ASAN xidmət" haqqında geniş təqdimatlarla çıxış etmişdirlər.

- ASAN artıq ölkəmizin bir brendinə çevrilib və dövlət xidmətləri sahəsində islahatlar aparmaq istəyən ölkələr ASAN-ı nümunə olaraq səsləndirir, araşdırır və tətbiq edir. Bu barədə nə deyə bilərsiz?

- Nəzərinizə çatdırım ki, ilk olaraq “ASAN xidmət” modeli Əfqanıstan İslam Respublikasında uğurla tətbiq olunmuşdur və “ASAN xidmət” modeli əsasında Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsi mexanizmi təsis edilmişdir. Beynəlxalq əməkdaşlıq çərçivəsində Monteneqronun Dövlət İdarəçiliyi Nazirliyi ilə hüquqi çərçivənin yaradılması istiqamətində keçən ilin dekbar ayında Dövlət Agentliyi ilə Monteneqronun Dövlət İdarəçiliyi Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizminin yaradılmasına dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır. Memorandumun məqsədi “ASAN xidmət” modeli əsasında Monteneqroda dövlət xidmətlərinin göstərilməsi sahəsinin inkişaf etdirilməsidir. Bundan əlavə Dövlət Agentliyi ilə İndoneziya Respublikasının İnzibati və Bürokratik İslahatlar Nazirliyi arasında mütərəqqi dövlət xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumun imzalanmasını qeyd etmək olar.

Bu bir daha onu sübut edir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin güclü siyasi iradəsinin və mütərəqqi islahatlarının nəticələrindən biri olan “ASAN xidmət”in nailiyyətləri ilə beynəlxalq aləmin diqqət mərkəzindədir.

- Gələcək planlarınız necədir?

- Gələcək planlarımıza “ASAN xidmət”in təkcə Azərbaycanda deyil, digər ölkələrdə də tətbiqini genişləndirmək və həmçinin müxtəlif beynəlxalq tərəfdaşlarla, o cümlədən BMT, Avropa İttifaqı kimi beynəlxalq strukturlarla aparılan əməkdaşlığı daha da inkişaf elətdirməkdir.

Məqsədimiz, elektron hökumətin inkişafı və dövlət xidmətlərinin rəqəmsallaşdırılması sahəsində əməkdaşlıq edərək, müxtəlif ölkələrin elektron hökumət sahəsindəki strategiyaları, qabaqcıl təcrübələri, yeniliklər və qarşılaşıla biləcək problemlər və onların mümkün həlli yollarını taparaq ən birinci ölkələr sırasında olmaqdır. Həmçinin Azərbaycanın böyük bir innovasiya mərkəzinə çevirmək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!