USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Olland: “Fransa Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirəcək”

Fransa prezidenti Fransua Olland Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.

 Məlumata görə, Ollandın məktubunda deyilir:

“Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə sizə və xalqınıza böyük səmimiyyətlə sülh, əmin-amanlıq və tərəqqi arzularımı çatdırıram. Ötən illərdə olduğu kimi, bu il də Fransa ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin inkişafı bütün sahələrdə davam edib. Tezliklə Bakıda açılacaq Fransız Azərbaycan Universiteti buna bariz nümunədir. Mən buna şadam və arzu edirəm ki, ölkələrimizi birləşdirən tərəfdaşlıq əlaqələri daha da dərinləşsin və müxtəlif sahələri əhatə etsin. Bu xoş fürsətdən istifadə edərək sizi əmin edirəm ki, Minsk qrupunun həmsədri kimi Fransa rusiyalı və amerikalı tərəfdaşları ilə Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həlli istiqamətində səylərini davam etdirəcək. Cənab prezident, sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!