20/10/2018 23:11

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9479 0.0259 0.3020


Rəsmi

İlham Əliyev Parisdə “Thales International” şirkətinin baş vitse-prezidenti ilə görüşüb (Yenilənib)


20.07.2018   10:47


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Parisdə “Thales International” şirkətinin baş vitse-prezidenti Rafael Eskinazi ilə görüşüb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Prezident İlham Əliyev “Thales International” şirkətinin baş vitse-prezidenti Rafael Eskinazi ilə ötən görüşləri xatırlatdı. Dövlətimizin başçısı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə “Thales İnternational” şirkəti arasında bu gün imzalanacaq beş sənədin əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev Azərbaycanın “Thales International” şirkəti ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirdi, şirkətin ölkəmizdə etibar qazandığını vurğuladı.

Rafael Eskinazi Azərbaycan ilə “Thales International” şirkəti arasında əməkdaşlığı yüksək qiymətləndirdiyini dedi, bu əlaqələrin genişləndirilməsi üçün səylərin davam etdiriləcəyini bildirdi. O, əməkdaşlığın genişləndirilməsi üçün yeni istiqamətlərin nəzərdən keçirildiyini qeyd etdi.

Görüşdə Azərbaycan ilə “Thales lnternational” şirkəti arasında uzun illərdir uğurlu əməkdaşlıq edildiyi məmnunluqla vurğulandı, müxtəlif layihələrin həyata keçirilməsi ilə bağlı çox yaxşı nəticələrin əldə olunduğu bildirildi.




Xəbər lenti

20 Oktyabr











ASAN Radio telefonunuzda
Facebook