USD - 1.7 EUR - 1.9105 RUB - 0.0266 TRY - 0.2917 DAHA ÇOX
SON DƏQİQƏ
Problemli kreditlərlə bağlı ödənişlərin veriləcəyi tarix məlum olub Pirallahıda avtomobil yollarının yenidən qurulmasına 1,9 milyon manat ayrılıb Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaq və gənclərin əl işlərindən ibarət sərgidə - FOTOLAR Messi həftənin ən yaxşı futbolçusu seçildi Səyyar “ASAN xidmət” Qazaxda
"APA Holding"in prezidenti "ASAN Xidmət"in “Könüllü məşhurlar” layihəsinin qonağı olub

"APA Holding"in prezidenti, əməkdar jurnalist Vüsalə Mahirqızı və ATV kanalının əməkdaşı Sənan Şəfizadə 22 iyul - Milli Mətbuat günü ilə əlaqədar “ASAN Xidmət”in “Könüllü məşhurlar” layihəsində qonaq olublar.

"ASAN Xidmət"in İnformasiya təminatı şöbəsindən APA-ya verilən xəbərə görə, layihə çərçivəsində qonaqlar “Könüllü məşhurlar” ərizə masasında vətəndaşların ərizə və anketlərini doldurublar. Eyni zamanda, onlar növbə aparatında vətəndaşlara növbə verib, hazır sənəd pəncərələrində xidmət göstərib və vətəndaşlardan sorğu götürüblər.

V. Mahirqızı və S. Şəfizadə “Yaşıl ASAN”, “Əsgərə Məktub” layihələrinə dəstəklərini ifadə ediblər. Sonda hər iki qonaq Milli Mətbuat günü və könüllü olaraq vətəndaşlara xidmət və vətəndaş axınının idarə olunması sahələri üzrə fəaliyyət göstərdikləri üçün şəhadətnamə ilə təltif olunublar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio