USD - 1.7 EUR - 1.9398 RUB - 0.0254 TRY - 0.3119 DAHA ÇOX
SON DƏQİQƏ
“ADA” Universiteti KOB-la əməkdaşlıq edəcək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ötən ilin yekunları müzakirə edilib Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri “CEO Lunch Baku”nun fəxri qonağı olub Müdafiə naziri hava şəraiti ilə bağlı hərbi hissələrə göstəriş verdi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində gözlənilən kəskin hava şəraiti ilə əlaqədar qərargah yaradılıb
Bakı Olimpiya Stadionu qırmızı rənglə işıqlandırılacaq

“Special Olympics” - Xüsusi Olimpiya hərəkatının 50 illik yubiley tədbirləri çərçivəsində dünyanın simvolik memarlıq abidələri iyulun 20-də qlobal birliyin rəmzi olaraq qırmızı rənglə işıqlandırılacaq.

Gənclər və İdman Nazirliyindən ASAN Radioya verilən məlumata görə, Azərbaycanın daha inklüziv dünyanın yaradılmasına dəstəyini nümayiş etdirmək məqsədilə Bakı Olimpiya Stadionu iyulun 20-i saat 21:30-da qırmızı rənglə işıqlandırılacaq. Dünyada 100-dən artıq bina bu təşəbbüsdə iştirak edəcək və tolerantlıq və fərqliliklərə hörmət nümayiş etdirəcək.

Bu akt inklüzivlik inqilabını əks etdirir – Xüsusi Olimpiya hərəkatının missiyası əqli qüsurlu insanlara qarşı ayrı-seçkiliyə son qoymaq və inklüziv cəmiyyətlər formalaşdırmaqdır.

Bu təşəbbüsdə iştirak edəcək yerlərə ABŞ və Kanadada Niaqara şəlaləsi, Mexiko şəhərində Müstəqillik Mələyi abidəsi və Pekində Su Kubu daxildir. Avropa və Asiyada da bir sıra abidələr bu təşəbbüsə qoşulacaq.

İnklüzivlik naminə binaların işıqlandırılması təşəbbüsü iyulun 17-21-də Çikaqo şəhərində keçirilən "Special Olympics" təşkilatının 50-ci ildönümü ilə bağlı yubiley tədbirlərinin bir hissəsidir. Çikaqo 1968-ci ilin iyul ayında ilk dəfə keçirilmiş Beynəlxalq "Special Olympics" Yay Oyunlarının vətənidir.

“Special Olympics” hərəkatının 50 illik yubiley tədbirləri Azərbaycanda davam edəcək. Sentyabrda Bakı “Special Olympics Qlobal Gənc Liderlər” forumuna ev sahibliyi edəcək. Azərbaycan daxil olmaqla təxminən 30 ölkəni təmsil edən 30-dan artıq gənc və yaşlı liderlər sentyabrın 24-dən 28-dək Bakıda toplaşacaq. Qlobal Gənc Liderlər Dorumu "Special Olympics" şüarı altında gənclərin aparıcı rol oynayacağı sosial layihələrin yeni erasının əsasını qoyacaq. Azərbaycan hökumətinin tam dəstəyinə malik bu forum iştirakçılara öz ölkələrində daha inkluziv icmalar formalaşdırmaq üçün təlim verəcək və imkanlar yaradacaq.

Forumun keçirilməsi haqqında qərar aprel ayında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və "Special Olympics" Avropa və Avrasiya üzrə prezidenti və icraçı direktoru Devid Evangelistanın iştirakı ilə keçirilmiş imzalanma mərasimində elan olunmuşdu.

Növbəti "Special Olympics" Dünya Yay Oyunları 14-21 mart 2019-cu il tarixlərində Əbu-Dabi şəhərində keçiriləcək. Dünyanın 170-dən artıq ölkəsini təmsil edən 7 mindən artıq xüsusi olimpiya idmançısı bu yarışda iştirak edəcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio