USD - 1.7 EUR - 1.9369 RUB - 0.0256 TRY - 0.3176 DAHA ÇOX
SON DƏQİQƏ
YAP rəsmisi: "Avropa Parlamentində çıxarılan qərarlar, sənədlər elə orada da qalır" Səfir: "20 Yanvar təkcə Azərbaycanın deyil, bütün türk dünyasının qürur günüdür" Azərbaycanda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib Qara dənizdə qayıqda tapılan meyit azərbaycanlı kapitana məxsusdur Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib    
Əfsanəvi kapitan Anar Məmmədxanov anıldı

Əfsanəvi “Bakılı oğlanlar” şən və hazırcavablar klubunun kapitanı Anar Məmmədxanov yaşasaydı, bu gün 48 yaşı tamam olacaqdı. Artıq yeddinci ildir ki, ailəsi, dostları və bütün tanıyanlar bu günü onsuz qeyd edir.

"Nə etsəm də, mən azərbaycanlıların yaddaşında “Parni iz Baku” komandasının kapitanı kimi qalacam”- mərhumun özü belə demişdi. Dövlət və ictimai xadim kimi fəaliyyət göstərsə də, hamı onu şən, hazırcavab Anar kimi tanıdı və sevdi.

Bu gün Anar Məmmədxanovu sevənlər onu məzarı önündə xatırladılar. Bu artıq ənənə halını alıb. Hər il ən azı iki dəfə - doğum və ölüm günündə onun qəbri ziyarət edilir.

"Vaxtında getməyi" əsas məsələlərdən biri hesab edən Anar Məmmədxanov bəlkə də bu sözü işlətməklə sənəti nəzərdə tuturdu. Amma həyatdan  gedişi də vaxtsız oldu. O, 2011-ci il aprelin 23-də dünyasını dəyişdi.  Lakin Anar Məmmədxanov – Əfsanəvi kapitan həmişə qəlbimizdə yaşayacaq!

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio