USD - 1.7 EUR - 1.9254 RUB - 0.0256 TRY - 0.317 DAHA ÇOX
SON DƏQİQƏ
Azərbaycanda 200 manatlıq əskinasların dövriyyədə olan həcmi açıqlanıb Özbəkistandan Azərbaycana gətirilən 31 ton kişmiş zərərsizləşdirilib BŞTİ: Məktəblərdə Yeni il şənliyi üçün pul yığılması yolverilməzdir Dövlət Agentliyinin kollektivi Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib Tramp və ailəsi barəsində araşdırmalar aparılacaq
‘’Hərbiyyə’’ hərbi-vətənpərvərlik düşərgəsinin açılış mərasimi keçirilib

20 iyul 2018-ci il tarixində “ASAN xidmət”, “ASAN Könüllüləri” Təşkilatı və Dövlət Sərhəd Xidmətinin birgə təşkilatçılığı ilə Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunmuş “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinin açılış mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Dövlət Sərhəd Xidmətinin rəisinin müavini, general-leytenant İlham Mehdiyev, Qəbələ rayon İcra hakimiyyətinin başçısı Səbuhi Abdullayev və digər qonaqlar iştirak ediblər.

Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.

Qəbələ rayon İcra hakimiyyətinin başçısı Səbuhi Abdullayev iştirakçıları salamlayaraq respublikamızda, o cümlədən Qəbələ şəhərində həyata keçirilən sosial-iqtisadi layihələr, turizm potensialı barədə söz açıb. Həmçinin ASAN könüllüləri tərəfindən həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı ölkə ərazisində həyata keçirilən tədbirlər eləcə də hərbi quruculuq sahəsində görülən işlərdən danışıb. Bildirib ki, bu layihə gənclərin hərbi vətənpərvərlik ruhunun möhkəmləndərilməsində xüsusi rol oynayacaq.

DSX rəisinin müavini, general-leytenant İlham Mehdiyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu, Silahlı Qüvvələrin maddi-texniki imkanlarının artırılması istiqamətində atılan addımlar barədə məlumat verib. Bildirib ki, son illər ərzində "ASAN xidmət" və ASAN könüllüləri tərəfindən uğurlu layihələr həyata keçirilib.

Sonda Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Taborunun nümunəvi çıxışı nümayiş etdirilib.

Düşərgənin əsas məqsədi Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti, eləcə də AXC tərəfindən ordu quruculuğu istiqamətində ilk qərarlardan olan Azərbaycan Silahlı Qüvvələrinin yaradılması ilə bağlı iştirakçıları maarifləndirməkdir. Könüllülər eyni zamanda Azərbaycan generallarının həyatı və onların ordu quruculuğundakı xidmətləri, ordu quruculuğu siyasətinin təkmilləşdirilməsi, inkişaf etdirilməsi istiqamətində görülən işlərlə bağlı məlumatlandırılacaqlar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio