USD - 1.7 EUR - 1.9398 RUB - 0.0254 TRY - 0.3119 DAHA ÇOX
SON DƏQİQƏ
“ADA” Universiteti KOB-la əməkdaşlıq edəcək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ötən ilin yekunları müzakirə edilib Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri “CEO Lunch Baku”nun fəxri qonağı olub Müdafiə naziri hava şəraiti ilə bağlı hərbi hissələrə göstəriş verdi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində gözlənilən kəskin hava şəraiti ilə əlaqədar qərargah yaradılıb
Maştağa-Nardaran yolu istifadəyə verilib

Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarından irəli gələn tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərində avtomobil yollarının yenidən qurulması və reabilitasiyası istiqamətində həyata keçirilən işlərin davamı olaraq cari ildə Sabunçu rayonunda ümumi uzunluqları 18.7 km olan 3 qəsəbələrarası avtomobil yolunun yenidən qurulması işləri aparılır.

Agentlikdən ASAN Radioya verilən məlumata görə, bu layihələrdən birində artıq işlər tam olaraq yekunlaşdırılıb. Bu 8.3 km uzunluğa malik Maştağa-Nardaran avtomobil yoludur.

Sabunçu rayonu, Maştağa-Nardaran avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən qısa müddətə və yüksək keyfiyyətlə əsaslı şəkildə yenidən qurularaq vətəndaşların istifadəsinə verilib.

Uzun illər istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir olunmayan Maştağa-Nardaran avtomobil yolunun hərəkət hissəsində deformasiyalar və dağılmalar yaranmışdı. Bu isə sözügedən yol ilə hərəkət edən vətəndaşlarımızın haqlı narazılığına səbəb olurdu. Üstəlik yolun ensiz olması və piyadalar üçün səkilərin olamaması hərəkət iştirakçıları üçün problemlərə səbəb olurdu. Aparılan yenidənqurma işləri ilə bu problemlər artıq geridə qalıb.

Yenidənqurma layihəsinə uyğun olaraq yol eni 6-7 metrdən 12 metrə qədər genişləndirilib. Vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yol boyu ərazidən asılı olaraq müxtəlif ölçülərə malik yeni piyada səkiləri inşa edilib, kənarlarına isə səki daşları düzülüb.

Genişləndirmə işləri zamanı yolun yararsız qruntu qazılaraq çıxarılıb, əks dolğu aparılmaqla yeni yol yatağı, həmçinin yol əsası inşa edilib. Yol boyu köhnə yeraltı kommunikasiya xətləri kənarlaşdırılıb. Hazırda yol boyu 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılaraq yekunlaşdırılıb. Ümumilikdə yolun hərəkət hissəsinin eni genişlənmədən sonra ortalama 12 metr nəzərə alınmaqla 100 min kv.m sahəyə yüksək keyfiyyətli asfalt-beton örtük salınıb.

Texnoloji ardıcıllıqla və tərtib olunmuş qrafiklə aparılan tikinti işləri yekunlaşdıqdan sonra yol boyu zəruri yol nişanlarının və məlumatverici lövhələrin quraşdırlması, piyada zolaqlarının, yolcizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılıb.

Maştağa-Nardaran avtomobil yolunun yenidən qurulması 3 qəsəbənin 60 mindən çox əhalisinin rahat gediş-gəlişini təmin etməklə, onların Maştağa-Buzovna və Bilgəh-Pirşağı avtomobil yollarına rahat çıxış əldə etməsinə imkan yaradır.

Tikinti-quruculuq işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında mövcud tikinti norma və qaydalarına uyğun yüksək keyfiyyətlə və sürətlə aparılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio