USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
"The Business Year: Azerbaijan - 2016" xüsusi buraxılışının təqdimatı keçirilib

 Bakıda “The Business Year” jurnalının “The Business Year: Azerbaijan - 2016” xüsusi buraxılışının təqdimat mərasim keçirilib.

Jurnalın baş redaktoru Betul Çakaloğlu deyib ki, jurnal artıq 6-cı sayını Azərbaycana həsr edir: “Oxucularımız tərəfindən Azərbaycana maraq olduqca böyükdür. Budəfəki sayımızda rəsmi və qeyri-rəsmi dairələrin 160-a yaxın nümayəndəsinin fikirlərinə yer ayrılıb. Bilirsiniz ki, bu nəşrdə prezident İlham Əliyevin də müsahibəsi dərc edilib. Azərbaycandakı iqtisadi trendlər oxucularımız üçün çox maraqlıdır”.

Prezident İlham Əliyevin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, “The Business Year” jurnalı Azərbaycanın müxtəlif sahələrinin tarixi inkişafının yazılı salnaməsini tərtib edir: “Bilirsiniz, siyasətçilərin işi tarixi yaratmaqdır, media təmsilçilərinin işi isə həmin yaradılmış tarixin salnaməsini yaratmaq və gələcək nəsillərə çatdırmaqdan ibarətdir. Bu anlamda “The Business Year” jurnalı xüsusi xidmət göstərdiyindən biz ona təşəkkür etməliyik. Ümummilli lider Heydər Əliyev müasir Azərbaycanın təməlini qoyanda, onun müasir inkişafının konsepsiyasını, strategiyasını və inkişaf yollarını müəyyən edəndə əlbəttə bu günü görürdü. Əminəm ki, o bilirdi ki, zaman gələcək dünyanın aparıcı iqtisadiyyat jurnalı olan “The Business Year” jurnalı Azərbaycana 6 nömrə həsr edəcək. Jurnalın hər bir nömrəsində həmin ilin bütün sahələri əhatə edən inkişaf salnaməsi yaradılıb. 2013-cü ildə Azərbaycan prezidenti İlham Əliyev dünyada ilin prezidenti seçilmişdi və “The Business Year” jurnalı tərəfindən bu mükafat təqdim edilmişdi. Bilirsiniz ki, 2012-ci ildə Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdi və sülhün, tərəqqinin, dünyada dövlətlər arasında münasibətlərin inkişafına öz töhfəsini vermişdi. Azərbaycan dünyada beynəlxalq hüququn normalarının daha dolğun tətbiqi və beynəlxalq hüququn normalarının həyata keçirilməsdinə öz fəaliyyəti ilə xidmət göstərir”.

Ə. Həsənov əlavə edib ki, müxtəlif enerji, sosial, idman və s. irimiqyaslı layihələrin təşəbbüskarı olan İlham Əliyev jurnal tərəfindən "Dünyada İlin Adamı" mükafatına layiq görülüb.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə qeyd edib ki, prezident İlham Əliyevin “Dünyadailin adamı” elan olunması Azərbaycanda gedən islahatlar, yenidənqurma, yeni baxış, müasirlik, tərəqqi prosesinə verilən bir qiymətdir.

Daha sonra müxtəlif sahələrdə fərqlənən rəsmi və biznes dairələri mükafatlandırılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!