14/08/2018 14:24

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9383 0.0251 0.2459


ASAN xəbər

BQXK-dan Dilqəmin zəhərlənməsi xəbərinə reaksiya


21.07.2018   12:36


Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərovun zəhərlənməsi ilə bağlı məlumata münasibət bildirib.

BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova AzVision.az-a açıqlama verərək bildirib ki, Komitə Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan heç bir şəxslə bağlı, heç kəsin ailəsinə belə bir məlumat verməyib: 

 

“Ümumiyyətlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin bu regionda Roman adlı həkimi yoxdur. Beynəlxalq Qızıl Xaç Komitəsi saxlanılan şəxslərlə bağlı məlumatı ancaq ailənin çox yaxın üzvlərinə verir. Yəni biz ailənin istənilən bir üzvü ilə əlaqə saxlayıb, saxlanılan şəxs barəsində məlumat vermirik”. 

 

Qeyd edək ki, girov Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov atasının ermənilər tərəfindən zəhərləndiyini bildirib. Onun sözlərinə görə, bu barədə BQXK-nın Roman adlı həkimi onun yaxın qohumlarına məlumat verib.

 

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. 

 

İşğal altındakı Dağlıq Qarabağda qurulan qanunsuz "məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

 
















ASAN Radio telefonunuzda
Facebook