USD - 1.7 EUR - 1.9369 RUB - 0.0256 TRY - 0.3176 DAHA ÇOX
SON DƏQİQƏ
YAP rəsmisi: "Avropa Parlamentində çıxarılan qərarlar, sənədlər elə orada da qalır" Səfir: "20 Yanvar təkcə Azərbaycanın deyil, bütün türk dünyasının qürur günüdür" Azərbaycanda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib Qara dənizdə qayıqda tapılan meyit azərbaycanlı kapitana məxsusdur Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib    
Müdafiə naziri qoşunların operativliyinin artırılması ilə bağlı tapşırıqları müəyyən edib

Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazirliyin rəhbər heyətinin iştirakı, həmçinin videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birlik və birləşmə komandirlərinin cəlb olunması ilə xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyindən ASAN Radioya verilən məlumata görə, keçirilmiş təlimlər, komandanlar və komandirlərin məruzələri, həmçinin qoşunların hərtərəfli fəaliyyətinin yoxlanılmasının nəticələri əsasında cəbhə bölgəsindəki və qoşunların digər dislokasiya yerlərindəki cari vəziyyəti təhlil edərək Müdafiə naziri müvafiq göstərişlər verib.

Gizli idarəetmə və maskalanmanın tələblərinə ciddi riayət etməklə ehtimal olunan döyüş əməliyyatları istiqamətlərində qüvvə və vasitələrin vaxtında cəmləşdirilməsi məqsədilə general-polkovnik Z.Həsənov qoşunların operativliyinin, döyüş hazırlığının, bölmələrin, birləşmələrin yüksək manevrlilik və dəqiq qarşılıqlı fəaliyyətinin artırılması üzrə tapşırıqları müəyyən edib.

Müşavirə zamanı ümumi təhlükəsizlik məsələlərinə, xüsusilə də yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunması, həmçinin qoşunların fasiləsiz və hərtərəfli təminatı ilə əlaqədar göstərişlər verilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio