USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
"Hərbiyyə" hərbi-vətənpərvərlik düşərgəsi davam edir

"ASAN xidmət", "ASAN Könüllüləri" Təşkilatı, və Dövlət Sərhəd Xidmətinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunan "Hərbiyyə" hərbi-vətənpərvərlik düşərgəsi davam edir.

21 iyul tarixində iştirakçılar xüsusi kəşfiyyat dəstələrinin hazırladığı "Ərazidə səmtləşmə və xəritəsiz hərəkət" oyununda, həmçinin xidməti itlərin iştirakı ilə itaət komandalarının yerinə yetirilməsi, sərhəd pozucusunun yaxalanması təlimində iştirak ediblər.

Düşərgə müddətində Azərbaycanın Milli Qəhrəmanı İntiqam Atakişiyev və "Əsir düşərgəsi" kitabının müəllifi, jurnalist Vüsalə Məmmədova ilə görüş keçirilib, sərhədçilərdən bəhs edən "Dağlarda döyüş" filmi nümayiş olunub.

22 iyul tarixində kəşfiyyatçıların meşə zolağında həyatda qala bilmələri üzrə hazırlıq təlimi və AK74, RPK74 silahlarının taktiki-texniki xüsusiyyətləri, sökülməsi, yığılması üzrə məşğələ təşkil olunub.

Daha sonra "Qalibiyyət - şahidlər və şəhidlər" kitabının müəllifi, araşdırmaçı, jurnalist Aida Eyvazova və aprel döyüşlərinin qaziləri ilə görüş keçirilib, "Doğma sahillər" filmi nümayiş olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!