USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Hərbiyyə” hərbi vətənpərvərlik düşərgəsinin müddəti uzadıldı

ASAN Radio xəbər verir ki, "ASAN xidmət", "ASAN Könüllüləri" Təşkilatı və Dövlət Sərhəd Xidmətinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunan "Hərbiyyə" hərbi-vətənpərvərlik düşərgəsinin müddəti iştirakçıların təklifi nəzərə alınaraq iki gün uzadılıb.

 24 iyul 2018-ci il tarixində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Milli Qəhrəman İntiqam Atakişiyev, aprel döyüşlərinin qaziləri, xüsusi təyinatlılar iştirakçılarla görüş keçiriblər.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev iştirakçıları salamlayaraq “ASAN xidmət” və “ASAN Könüllüləri” Təşkilatının bu təşəbbüsündən məmnun olduğunu qeyd edib. Ölkə prezidentinin ASAN könüllülərinin fəaliyyətinə daim dəstək olduğunu vurğulayıb.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev düşərgədə iştirak üçün xeyli müraciətin olduğunu qeyd edib. Həmçinin bu layihənin iştirakçılarda vətənpərvərlik hislərinin arıtırlması, onların bilik və bacarıqlarının yüksəldilməsi istiqamətində xüsusi rol oynayacağını bildirib.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu layihənin gerçəkləşməsini yüksək qiymətləndirib, iştirakçılara uğurlar arzulayıb. Həmçinin təmsil etdiyi qurumun bu cür layihələrə daim dəstək olduğunu deyib.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev iştirakçıları salamlayıb və ASAN Könüllülərinin fəaliyyətinin gənclər üçün nümunə olduğunu bildirib. Qeyd edib ki, bu il Dövlət Gömrük Komitəsinə işə qəbul olunan əməkdaşlardan 20-si məhz ASAN Könüllüsüdür.

Daha sonra qonaqlar nahar yeməyinə qatılıblar.

 

Sonda xatirə şəkli çəkdirilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!