USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 62 əcnəbi saxlanılıb

Dövlət Miqrasiya Xidməti (DMX) tə­rə­fin­­dən qanunsuz miqrasiyaya qarşı mü­ba­­ri­zə çər­çi­və­­sində tədbirlər da­vam etdirilir.

DMX-nin mətbuat xidmətindən ASAN Radioya verilən məlumata görə, iyulun 23-ü və 24-də qa­nun­suz miqrasiyaya qarşı keçirdiyi təd­bir­lər za­ma­nı 16-sı Gürcüstan, 14-ü Pa­kis­tan, 11-i Türkmənistan, 7-si Rusiya, 2-si Suriya, 2-si İraq, 2-si Özbəkistan, 2-si Türkiyə, 1-i  Efiopiya, 1-i Sudan, 1-i Misir, 1-i Çin, 1-i Ukrayna və 1-i Latviya və­tən­da­şı ol­maq­la ümu­­mi­likdə 62 nəfər əc­nə­bi saxlanılıb.

Araşdırma zamanı qeyd edilən əcnəbilərin Azərbaycanda miqrasiya (olma və yaşama) qay­da­larını poz­duqları məlum olub. 

Belə ki, saxlanılmış 10 nəfər Türkmənistan vətəndaşının (səyyar ticarət) və 1 nəfər Türkiyə vətəndaşının Azərbaycan Res­pub­li­ka­­sı­nın ərazisində gəlişinin bəyan edilmiş məqsədini pozduqları məlum olub.

2 nəfər Pakistan və 1 nəfər Suriya vətəndaşının qeydiyyat ünvanı üzrə yaşamadığı, digər 48 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib. 

Saxlanılmış əcnəbilərdən 39 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin ölkəmizin hü­dud­la­rından kə­na­ra çıxarılması istiqa­mətində müvafiq tədbirlər görülür.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!