USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Ağdamda e.ə. VI minilliyin I yarısına aid yeni arxeoloji materiallar aşkar edilib

Ağdam rayonunun Eyvazlı kəndi yaxınlığındakı İsmayılbəy təpə neolit dövrü yaşayış məskənində aparılan arxeoloji qazıntı zamanı yeni tarixi materiallar aşkarlanıb.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ neolit-eneolit ekspedisiyasının rəisi, tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, yaşayış yerində aparılan qazıntı zamanı bizim eradan əvvəl VI minilliyin birinci yarısına aid oval, dairəvi və düzbucaqlı quruluşda çiy kərpicdən 8 tikinti qalığı aşkar edilib. Giriş qapısı olmayan bu evlərin döşəməsi, divarların daxili səthi qırmızı rəng qatılmış palçıqla suvanıb. Evlərin həyətlərinin döşəmə hissəsi çiy kərpiclə döşənib. Hər bir həyətdə müxtəlif ölçüdə böyük təsərrüfat küpləri var. Evlərin ətrafı düzbucaqlı hasarla əhatə olunub. Oval formada olan tikili qalığının birində mehrab və baş hissəsi qırılmış kiçik büt aşkar edilib. Ehtimal etmək olar ki, bu tikili qədim məbədin qalıqlarıdır. Yaşayış məskənində aşkar edilən erkən dəmir dövrünə aid qadın qəbri də maraq doğurur. Bükülmüş vəziyyətdə dəfn olunan skeletin yanında iki ədəd saxsı qab da basdırılıb.

Xəqani Alməmmədov deyib ki, Qarabağ düzündə yerləşən, Qafqazın ən qədim erkən əkinçi maldar tayfalarına məxsus yaşayış yerlərindən olan İsmayılbəy təpə yaşayış yeri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ neolit-eneolit ekspedisiyası tərəfindən 2012-ci ildən başlayaraq tədqiq olunur. 2012-2017-ci illərdə təpənin şərq hissəsində 400 kvadratmetr ərazidə arxeoloji qazıntı işləri aparılıb. Ötən dövrdə yaşayış məskənində 16 tikili qalığı, 3 mindən çox maddi mədəniyyət nümunəsi aşkar edilərək öyrənilib. 2010-cu ildən Qarabağ düzündə aparılan arxeoloji kəşfiyyat zamanı isə ümumilikdə 289 abidə qeydə alınıb ki, onlardan da 160-a qədəri qədim yaşayış məskənləridir. Bu abidələr Qarabağın dünyanın sivilizasiya mərkəzlərindən biri olduğunu bir daha təsdiqləyir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!