Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə dindarları Dağlıq Qarabağ uğrunda səfərbər olmağa çağırıb.
QMİ-də Ramazan ayının başlanması ilə bağlı keçirilən tədbirdə Şeyxülislam bildirib ki, dindarlar da vətən uğrunda özlərini əsgər yerində görməlidirlər, çünki dində Vətəni qorumaq imandandır.
Şeyxülislam İran-İraq müharibəsini misal gətirərək deyib ki o vaxt səngərdə ön cərgədə döyüşən başı əmmaməli dindarlar olub: “Başlarında əmmamə, əllərində avtomat vuruşurdular. Niyə? Çünki Vətən uğrunda döyüşmək imandır. İndi biz də niyə səngərdə olmamalıyıq?! Mən demirəm ki, bu saat əlimə silah alıb səngərə gedirəm. Əlbəttə ki, Ali Baş Komandan müharibə əmri verən kimi gedəcəyik. Amma hazırda ən azı hər bir minbər biz dindarlar üçün səngər olmalıdır. Bunu dərk etməliyik. Moizələrimizdə özümüzü əsgər kimi hiss etməliyik. Biz Vətənimizi işğaldan azad etməliyik və edəcəyik”.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!