USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan UEFA reytinqində 1 pillə geriləyib

Avrokubokların II təsnifat mərhələsinin ilk oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, Avropa Liqasında 46 qarşılaşma keçirilib.

Bu matçlar UEFA reytinqində bəzi dəyişikliklərə səbəb olub. Qitənin ikinci dərəcəli klub turnirində təmsilçisi qalmayan Azərbaycanın da mövqeyi dəyişib.

Belə ki, komandaları uğurlu çıxış edən Belarus ölkəmizi arxada qoyub. 22-ci olan Azərbaycan 23-cü sıraya enibsə, belaruslular 23-cü yerdən 21-ə, Polşa 21-dən 20-yə yüksəlib. 2 pillə geriləyən İsveç isə 22-ci sıraya düşüb.

Cari mövsüm ölkəmiz 1,250 xal əldə edib. Bunun 0,500-nü “Qarabağ” qazanıbsa, digər üç komandanın – “Neftçi”, “Qəbələ” və “Keşlə” hərəsi 0,250 əldə edib. Son 5 illik əmsalımız isə 17,875-di.

Siyahının ilk yarısında daha bir dəyişiklik 25-26-cı yerlərlə bağlıdı. Qazaxıstan İsraili arxada qoyub. Digər yerdəyişmələr isə cədvəlin digər yarısında baş verib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!