USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Aprel şəhidinə həsr olunan filmin təqdimatı keçirilib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Regional Medianın İnkişafına Yardım” İctimai Birliyinin “Aprel döyüşlərində şəhid olan Ravil Novruzovun xatirəsinə dair tədbirlərin təşkili”  layihəsi çərçivəsində hazırlanan “Gerçək olan arzu” sənədli filminin təqdimat mərasimi keçirilib. 

ASAN Radio bildirir ki, Quba “ASAN xidmət” mərkəzində təşkil olunan tədbirdə şəhidin ailə üzvləri, döyüş yoldaşları, Quba, Qusar rayon İcra Hakimiyyətinin rəsmiləri, “ASAN xidmət” mərkəzinin nümayəndələri, incəsənət xadimləri və ictimaiyyət nümayəndələri qatılıb. 

Tədbirdə çıxış edənlər Ravil Novruzovun həyat və döyüş yolundan, Aprel döyüşlərində Azərbaycan ordusunun qazandığı şanlı qələbənin əhəmiyyətindən danışıblar. 

Filmin çəkilişləri şəhidin doğulub boya-başa çatdığı Xızı rayonunda və “N” saylı hərbi hissədə keçirilib. Sənədli filmdə şəhid R.Novruzovun obrazını gənc aktyor Rəşad Əliyarov canlandırıb.

“Gerçək olan arzu” adlı ekran işinin “ARB Media Qrup”a daxil olan “ARB Günəş” televiziyasında iyul ayının 30-u saat 21:00-da yayımlanacaq. 

Filmin həmçinin ARB kanalında da yayımlanması planlaşdırılır.

Filmin rejissoru Dəyanət Rzayev, baş prodüseri Vəli Turan, ssenari müəllifi Coşqun Beydullayev, quruluşçu operatoru Elmar Nəbiyevdir.

Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində cəbhə bölgəsində gedən döyüşlərdə şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin giziri Ravil Novruzov ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalına layiq görülüb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!