16/08/2018 04:57

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9254 0.0255 0.2621


Mədəniyyət

Milli kinomuzun 120 illiyi qeyd ediləcək


28.07.2018   12:20


Avqustun 2-də Nizami Kino Mərkəzində Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş tədbir keçiriləcək.

Mədəniyyət Nazirliyindən ASAN Radioya bildirilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamının icrasını təmin etmək məqsədilə tərtib olunmuş Tədbirlər Planına uyğun olaraq təşkil edilən tədbirdə rejissor Yavər Rzayevin Azərbaycan kinosunun tarixinə və keçdiyi zəngin inkişaf yoluna həsr etdiyi sənədli film nümayiş olunacaq.

Tədbir çərçivəsində bir sıra mədəniyyət və incəsənət xadimləri, o cümlədən kino xadimlərinin mükafatlandırılması nəzərdə tutulub.




Xəbər lenti

15 Avqust













ASAN Radio telefonunuzda
Facebook