USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Piknik festivalı keçirilib

Böyükşor parkında piknik aksiyası keçirilib.

ASAN Radio xəbər verir ki, 27 avqust tarixində “Təmiz Şəhər” ASC, ASAN könüllülər Məktəbi ilə birlikdə “Yaşıl ASAN” layihəsi çərçivəsində Böyükşor gölünün ətrafında piknik festivalı təşkil edib. 500-dən artıq insanın qatıldığı festivalın məqsədi ictimaiyyəti ətraf mühitin qorunması probleminə cəlb etməkdir. 

Asudə vaxtını səmərəli keçirmək istəyən yüzlərlə insan Böyükşor parkına axışaraq yaşıl ot üzərində aktiv istirahət ediblər.

Tədbir zamanı uşaqlar üçün əyləncə meydançaları və batutlar quraşdırılıb, interaktiv viktorinalar və oyunlar təşkil olunub, sərinləşdirici içkilər və dondurmalar paylanılıb. İştirakçılara tullantıların idarəolunmasına dair geniş məlumat verilib, istirahət etdikdən sonra yaranan bərk məişət tullantılarının yığışdırılmasının nə dərəcədə önəmli olduğu diqqətə çatdırılıb. 

Azərbaycan Yelkənli İdman federasiyasının nümayəndələri festival iştirakçılarına bu idman növü barədə məlumat veriblər.

Festivalda gənc müğənnilər və musiqiçilər də iştirak edib.

Piknik iştirakçılarına Böyükşor gölü və parkı haqqında məlumat verilib. Bildirilib ki, bir neçə il öncə ekoloji fəlakət zonası hesab olunan bu ərazinin istirahət zonasına çevrilməsi böyük əziyyət və əməyin nəticəsidir. Neft tullantıları və çirkab sular mənbəyi kimi tanınan Böyükşor gölünün  300 hektar ərazisi tullantılarıdan təmizlənərək gölün dibindən 2.8 mln m3 dib çöküntüsü çıxarılıb. Yaradılan Böyükşor Parkının ərazisində isə 80 min ağac və dekorativ kol əkilib.

 

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!