USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakıda intihar etmək istəyən şəxsi baş nazir Novruz Məmmədov fikrindən daşındırıb

"Baş nazir Novruz Məmmədov bir nəfərin Bakıda metronun "Koroğlu" stansiyasının yaxınlığındakı körpüyə çıxaraq intihara cəhd etməsi xəbərini eşitdikdən sonra yolunu dəyişərək həmin əraziyə gedib".

ASAN Radio xəbər verir ki, bu barədə “Report”a Nazirlər Kabinetinin (NK) mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib.

"Səhər tezdən baş nazir işə gələrkən ona məlumat verilib ki, körpünün üstündə bir nəfər intihara cəhd edir. O, başqa yolla gəlməsinə baxmayaraq hadisəni eşidən kimi göstəriş verib və kortec hadisə olan yerə, yəni körpünün yanına gedib", - NK-nın sözüçüsü əlavə edib.

Onun sözlərinə görə, daha sonra Baş nazir intihara cəhd edən şəxslə telefon əlaqəsi yaradıb: "Baş nazir telefon danışığı nəticəsində intihara cəhd edən şəxsin probleminin nədən ibarət olduğunu, ona necə kömək edəcəyini soruşub. Cənab Novruz Məmmədov həmin şəxslə həm də psixloji söhbət edib".

Baş nazirin telefon danışığı zamanı məlum olub ki, inthara cəhd edən şəxs 1969-cu ildə Tovuzda anadan olan, fəhlə Əhmədov Yaşar Məmmədəli oğludur: "Yaşar Əhmədov ailə münaqişəsi zəminində övladlarının narahatlığını çəkərək bu çıxış yolunu gördüyünü bildirib".

Baş nazirlə danışdıqdan Y.Əhmədov aşağı düşüb və o, Nazirlər Kabinetinə dəvət olunub.

Akif Əli əlavə edib ki, Baş nazir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və onun rəhbərliyinə məsələni araşdırmaq üçün dərhal göstəriş verib: "Yaşar Əhmədova da müvafiq qurumlarla görüşmək tövsiyə olunub. İndi görüşlər davam edir, araşdırma gedir və həqiqətin necə olduğu araşdırmalardan sonra dəqiq məlum olacaq".

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!