USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İnam Kərimov Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin üzvləri ilə görüşüb

Kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin üzvləri ilə görüşüb. 

Bu barədə ASAN Radioya Kənd Təsərrüfatı Nazirliyiin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib.

Bildirilir ki, görüşdə meyvə-tərəvəz istehsalçılarının problemləri müzakirə olunub, problemlərdən həll yollarının tapılması istiqamətində fikir mübadiləsi aparılıb. Nazir İnam Kərimov Gələcəkdə Assosiasiyanın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı aqrar sahədə kiçik təhlil mərkəzinin yaradılmasını, bu qurumun Kənd Təsərrüfatı Nazirliyini nəzdində Aqrar Tədqiqatlar Mərkəzi ilə sıx əməkdaşlıq əlaqələri qurmasını tövsiyə edib. Bundan başqa görüşdə Assosiasiyanın təşkilatlanması və onun gələcək inkişafı ilə bağlı idarəetmə mexanizminin optimallaşdırılması üçün katibliyin yaradılması məsələsinə də toxunulub.

Assosiasiya üzvləri bu cür görüşlərin keçirilməsini müsbət dəyərləndirib və mütəmadi fikir mübadiləsi aparmaq üçün yeni platformaların yaradılmasını məqbul sayıblar. Görüşdə ölkəyə ən son nəsil aqrotexniki avadanlıqların gətirilməsi, bu avadanlıqların assosiasiyaya üzv şirkətlərə verilməsi, bitki sortlarının təhlili üçün Quba Əkinçilik İnstitutu ilə birgə əməkdaşlıq, badam bağlarının salınmasına dəstək verilməsi, kənd təsərrüfatı təyinatlı torpaqlarda müvəqqəti tikililərin inşasına icazə verilməsinə köməklik göstərilməsi, kənd təsərrüfatı təyinatlı tikililərin təyinat hüququnun tanınması və onların rəsmi sənədləşməsinin aparılması, mövcud xarici bazarların keyfiyyətli məhsulla təmin olunması kimi təkliflər müzakirə olunub.

Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri İlham Bayramov, Aqrar Tədqiqatlar Mərkəzinin rəhbəri Vüqar Babayev, nazirliyin bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyev, fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov da iştirak ediblər.

 

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!