İyulun 31-də Mədəniyyət Nazirliyində tanınmış bəstəkar və müğənni, “Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçılarından biri Emin Ağalarova Azərbaycanın Xalq Artisti fəxri adının vəsiqəsi və döş nişanı təqdim olunub.
ASAN Radio AZƏRTAC-a istinadla xəbər verir ki, mədəniyyət naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Emin Ağalarovun Xalq Artisti fəxri adı ilə təltif edildiyini xatırladıb. Nazir deyib ki, Emin Ağalarov Azərbaycanın mədəniyyətini təkcə postsovet məkanında deyil, bütün dünyada uğurla təmsil edir. Onun ölkəmiz üçün həyata keçirdiyi layihələr təqdirəlayiqdir. “Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçılığında Eminin gördüyü işlər göz qabağındadır.
Əbülfəs Qarayev Emin Ağalarovu təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb və Xalq Artisti fəxri adının vəsiqəsini və döş nişanını tanınmış müğənni və bəstəkara təqdim edib.
Emin Ağalarov Azərbaycanın Xalq Artisti fəxri adına layiq görülməsindən məmnunluğunu bildirib, yaradıcılığına verdiyi yüksək qiymətə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. O deyib ki, bir sənətçinin ala biləcəyi ən yüksək fəxri adlardan birinə layiq görülməsi onun üçün böyük şərəfdir.
“Jara” barədə danışan Emin Ağalarov bildirib ki, builki festivalın proqramı çox geniş oldu. Bir çox tanınmış artistlər özləri bu festivala qatılmaq üçün müraciət edirdilər. “Jara-2018” çərçivəsində Heydər Əliyev Mərkəzinin parkında Rusiyanın MuzTv kanalının təşkilatçılığı ilə Bakı sakinləri və şəhərin qonaqları üçün pulsuz konsert keçirildi. Bu konsert MuzTv-də canlı yayımlandı. Builki festival çərçivəsində dörd gün ərzində 250-dən çox artist çıxış etdi. Bir gün ərzində 75 ifaçı səhnəyə çıxdı. Düşünürəm ki, həm tamaşaçılar, həm də artistlər çox razı qaldılar. Biz gələcəkdə fəaliyyətimizi daha da genişləndirəcəyik. Moskvaya qayıdan kimi artıq növbəti “Jara”nın hazırlıqlarına başlayacağıq. “Jara-2019” daha maraqlı və rəngarəng olacaq.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!