USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Metropolitendən qiymət artımına münasibət

“Bakı Metropoliteni” QSC Tarif Şurasının metroda gediş haqqını 20 qəpikdən 30 qəpiyə qaldırması ilə bağlı mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

ASAN Radionun xəbərinə görə, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, sonuncu dəfə qiymət artımı 2011-ci il dekabr 1-də olub və həmin zaman qiymət 15 qəpikdən 20 qəpiyə qalxıb: “O zamandan bəri Metropolitendə heç bir tarif dəyişikliyi olmayıb. Metroda bu gün bir sərnişinin daşınması üçün istismar xərcləri 47 qəpikdir. Dünənki tarif dəyişikliyindən sonra da 17 qəpiklik fərq qalır. 47 qəpiklik xərc yalnız istismara aiddir, bura yeni stansiyaların tikilməsi, mövcud stansiyaların əsaslı təmiri, yeni qatarların alınması, mövcud qatarların əsaslı təmiri daxil deyil.

Müqayisə üçün bildirim ki, yaxın zamanlarda Kiyevdə metroda qiymətlər qaldırılaraq bizim valyuta kursu 41-50 qəpik oldu, Minskdə 55 qəpik, Daşkənddə 37 qəpikdir. Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində qiymətlər Bakıdan dəfələrlə çoxdur. Halbuki Rusiyanın metro sahəsində böyük istehsal gücü var. Bizim əsas təchizatımız isə xarici ölkələrin hesabına və xarici valyuta ilə həyata keçirilir. Postsovet məkanında ən ucuz metro yenə də Bakıdadır”.

B. Məmmədov qeyd edib ki, bundan sonra da Bakı Metropoliteni inkişaf edəcək:  “Əvvəllər biz qatarları xarici ölkəyə çıxarıb orada əsaslı təmir edirdik. Bu zaman nəqliyyat və gömrük xərcləri də əlavə olunurdu. İndi isə biz mütəxəssislər yetişdirərək yerli şəraitdə təmir edirik. Metropoliten yerli şəraitdə beton şpalların da istehsalına başlayıb. Taxta şpalların ömrü maksimum 40 ildirsə, beton şpalların ömrü 80 ilə qədərdir. Həmçinin beton şpallara qulluq etmək də asandır”. 

Məmmədov əlavə edib ki, bugünkü qiymət artımı metropolitenin dövlət büdcəsindən asılılığını azaldacaq: “Amma sərnişindaşıma üçün qiymətlərdə yaranan 17 qəpiklik fərq, yeni stansiyaların tikilməsi, yeni qatarların alınmasına görə dövlət büdcəsindən ayrılan vəsait metropolitenin üçün əsas rol oynayacaq”. 

Metropoliten sözçüsü deyib ki, əvvəlki illərdə bir sərnişin daşınması üçün xərclər 50-80 qəpik arası olub: “Son illərdə Vergilər Məcəlləsinə edilən dəyişikliyə görə xərc 47 qəpiyə qədər azalıb”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!