USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Məsut Özilin tərəfdarları Berlində etiraz aksiyası keçiriblər

Almaniya millisinin və Londonun “Arsenal” klubunun türk əsilli futbolçusu Məsud Özilin tərəfdarları Berlində etiraz aksiyası keçiriblər.

ASAN Radio xəbər verir ki, yüzlərlə etirazçının qatıldığı aksiyanın iştirakçıları Məsud Özilin Almaniya futbol federasiyasının rəhbərliyi və bəzi azarkeşlər tərəfindən məruz qaldığı haqsız tənqidlərlə əlaqədar milli komandada çıxış etməməsi ilə bağlı qərarından sonra onu dəstəkləmək üçün küçələrə axışıblar.

Əllərində “Mən Öziləm” və s. şüarlar yazılan lövhələr, Türkiyə Respublikasının dövlət bayrağını tutan və futbolçunun formasını geyinən aksiya iştirakçıları Məsud Özilə dəstək nümayiş etdiriblər.

Xatırladaq ki, iyulun 22-də Məsut Özil Almaniya milli komandasının heyətindən ayrıldığını açıqlayıb. Buna səbəb M.Özilin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşündən sonra Almaniya Futbol Federasiyasının (DFB) rəhbəri Reinhard Qrindel tərəfindən tənqid edilməsi olub.

“Arsenal” klubunda forma geyən yarımmüdafiəçi “Instagram”dakı səhifəsində DFB-nin yüksək səviyyəli rəsmilərinin onun türk əsilli olmasına hörmət etmədiklərini və bundan təbliğat vasitəsi kimi istifadə etməyə çalışdıqlarını qınamışdı.

2009-cu ildən Almaniya millisinin formasını geyən Məsud Özil 92 oyunda 23 qol vurub və 28 məhsuldar ötürmə verib. O, 2014-cü ildə Almaniya milli komandasının heyətində dünya çempionu olub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!