USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Nazir İnam Kərimov ölkənin tanınmış fermerləri ilə görüşüb

Kənd Təsərrüfatı Nazirliyində Fermerlər Şurasının yaradılmasına həsr olunmuş toplantı keçirilib. 

ASAN Radio nazirliyə istinadən xəbər verir ki, ölkənin qabaqcıl fermerlərinin iştirakı ilə keçirilən toplantıda çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov ölkədə aqrar islahatların davam etdiyini bildirib. Nazir qeyd edib ki, Prezident İlham Əliyev nazirliyin qarşısında fermerlərə daha yaxın olmaq, onların problemlərini dinləmək və problemlərdən həll yollarını birgə axtarmaq kimi vəzifələr qoyub. Aqrar sahədə institusional layihələrin həyata keçirilməsinin davam etdiyini deyən nazir İnam Kərimov fermerləri Prezident İlham Əliyevin imzaladığı son Fərmanla bağlı məlumatlandırıb. 

Yerlərdə kənd təsərrüfatı idarələrinin əsasında Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) yaradılacağını deyən nazir bildirib ki, yeni qurum vahid pəncərə sisteminin tətbiqinə, şəffaflığın tam təmin olunmasına imkan verəcək. DAİM-lər yanında Fermer və Koordinasiya Şuralarının yaradılacağını xatırladan nazir bildirib ki, bu gün təsis olunan qurum da Kənd Təsərrüfatı Nazirliyi yanında Fermerlər Şurasıdır: 

“Kənd Təsərrüfatı Nazirliyinin son məqsədi odur ki, fermerlər torpaqdan daha səmərəli istifadə edə bilsinlər, daha çox məhsul istehsal edib, daha çox qazansınlar. Fermerlərin problemlərinin müəyyənləşmək, onların öz fəaliyyətlərini daha mükəmməl qurmasına kömək göstərmək məqsədilə Aqrar Tədqiqatlar Mərkəzi yaratmışıq. Eyni zamanda fermerlərin öz məhsulu satmasına yardım göstərmək üçün Dövlət Aqrar Ticarət Şirkəti yaratmışıq. Bilirsiniz ki, fermerdən məhsulu alan vasitəçilər çox zaman onu becərən insandan daha çox pul qazanırlar. Dövlət Aqrar Ticarət Şirkəti bu problemi aradan qaldırmaq üçün yaradılıb. “Aqrolizinq” isə fəaliyyətini təkmilləşdirməli, ölkəyə yeni texnikalar gətirilməlidir, qiymətlər isə əlçatan olmalıdır”.

Nazir Azərbaycanda 11 regional aqrokimya laboratoriyasının yaradıldığını xatırladıb. Onun sözlərinə görə, bu laboratoriyalar fermerlərə torpağın tərkibini analiz etməyə imkan verəcək, əkin sahələrində meydana çıxan bir çox problemlərin qarşısını əvvəldən almağa şərait yaradacaq. Nazir İnam Kərimov həmçinin könüllülük prinsipi əsasında kooperativlərin yaradılmasının vacibliyini vurğulayıb və fermerləri bununla bağlı maarifləndirmə işini sürətləndirməyə çağırıb.  

Tanınmış fermerlərdən Fatma Hüseynova, İldırım Məmmədov, Bayram Əlləzov, Lətif Cəfərov, Mikayıl Davudov, Rafət Abbasov, Elman Nərimanov, Sahib Ramazanov, İvan Kazakov, Tərlan Hüseynov, Anar Tahirov, Suliddin Mahmudov, Aydın Həsənquliyev, Cümşüd Babayev çıxış edərək fermerlərin qarşısında duran vəzifələr, meydana çıxan problemlər barədə fikirlərini bölüşüb, təkliflərini səsləndiriblər. Görüşdə toxum və gübrələrin keyfiyyəti, sahələri daşdan təmizləyən texnikanın olmaması, suvarma problemləri, heyvandarlığın inkişafı üçün atılacaq addımlar ətrafında müzakirələr aparılıb. Görüşün sonunda 14 nəfərdən ibarət Fermerlər Şurasının İdarə Heyəti təsis olunub. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!