USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Süni qiymət artımı ilə bağlı əhaliyə müraciət

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti əhaliyə müraciət edib.

Xidmətdən ASAN Radioya daxil olan məlumata görə, müraciətdə deyilir: “Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassalarından əldə etdiyiniz biletlər vasitəsilə növbəlilik prinsipinə əməl etdiyiniz üçün və kənar şəxslərin qeyri-qanuni daşımalar üçün süni qiymət artımına gətirib çıxaran qanunsuz əməllərinə rəvac vermədiyiniz üçün təşəkkür edirik!

Tezliklə BBAK-də sizin üçün daha əlverişli şəraitin yaradılması üçün bütün tədbirlər görülür. Sizdən xahiş edirik ki, hər hansı qanun pozuntusuna rast gəldiyiniz halda NRYTN-nin 1655, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (012) 406 01 58/59 nömrəli qaynar xətlərinin operatorlarına məlumat verəsiniz. Məlumat verəcəyiniz faktla bağlı avtobusun dövlət qeydiyyat nişanını dəqiq bildirməyiniz rica edilir”.

Müraciətdə bildirilir ki, bilet satışı ilə bağlı indiyə qədər ən çox daxil olan şikayətlər qeyri-qanuni daşımalar həyata keçirən daşıyıcı şirkətlər tərəfindən süni şəkildə qiymətlərin qaldırılması idi: “Hazırda DANX-nin və BBAK-nin gücləndirilmiş nəzarət mexanizmi ilə sərnişinlərin gediş-gəlişinin təmin olunmasında bu kimi hallara yol verilməməsi üçün tədbirlər görülür. Reyslərin saatlarında olan mövcud bəzi problemlərin də aradan qaldırılması üçün kompleks işlərə start verilib”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!