USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Həkim qəbuluna düşmək qaydaları dəyişdirilir

Bakıdakı bütün uşaq ambulator tibb müəssisələrindən evə çağırış və ya həkim qəbuluna yazılma elektron formada olacaq.

Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsəd-zadə deyib ki, artıq "Ambulator tibb müəssisələrindən evə çağırış və ya həkim qəbuluna e-qeydiyyat" elektron xidməti artıq istifadəyə verilib: "Yeni elektron xidmət vasitəsilə 18 yaşına çatmamış uşaqların valideynləri uşağın qeydiyyatda olduğu uşaq poliklinikasına getmədən, "Elektron səhiyyə" internet portalından həkim qəbuluna yazılma və ya evə çağırış üçün müraciət edə bilərlər. Bunun üçün uşağın valideynləri esehiyye.az saytının "Elektron xidmətlər" bölməsinə daxil olub "Ambulator tibb müəssisələrindən evə çağırış və ya həkim qəbuluna e-qeydiyyat" xidmətindən istifadə edə bilərlər".

C.Əsəd-zadə deyib ki, hazırda sınaq rejimində həyata keçirilən layihə Bakının yalnız Yasamal rayonunu əhatə edir: "Bu sistemdən istifadə üçün Yasamal rayonunda yerləşən 5, 10, 13 saylı Uşaq Poliklinikalarında və 39 saylı Şəhər Poliklinikasında qeydiyyatda olan şəxslər müraciət edə bilərlər. Bu layihəni əvvəlcə Yasamalda yaşayan valideynlər və uşaqlar üçün sınaq rejimində həyata keçiririk. Əgər layihənin icrasında heç bir problem olmasa, fəaliyyət normal həyata keçirilsə, elektron xidmətin iyunun 1-dən Bakının bütün uşaq poliklinikaları üzrə tətbiqi nəzərdə tutulur. Ancaq əgər sınaq zamanı hansısa çatışmazlıqlar olarsa, onlar aradan qaldırılacaq, sonra isə bu fəaliyyəti genişləndirəcəyik".

İdarə rəisi qeyd edib ki, ambulator uşaq poliklinikalarının informasiya texnologiyaları ilə təminatı bu xidmətin tətbiqinə imkan verir.

C.Əsəd-zadə deyib ki, layihənin ilkin olaraq, Bakıdakı bütün uşaq, daha sonra isə böyüklər üçün ambulator müəssisələrdə həyata keçirilməsi planlaşdırılır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!