“Qarabağ” klubunun UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Belarusun BATE klubu ilə keçirəcəyi ilk oyun üçün bütün təyinatlar açıqlanıb.
ASAN Radio xəbər verir ki, avqustun 7-də Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq qarşılaşmanı isveçli hakimlər briqadası idarə edəcək. Referi Andreas Ekberqə yan xətt hakimləri Mehmet Kulum və Stefan Hallberq kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Kristofer Karlsson yerinə yetirəcək. Avstriyalı Robert Sedlaçek hakim-inspektor, qazaxıstanlı Oljas Abrayev UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!