20/10/2018 00:46

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9479 0.0259 0.3020


Birjadasan

Bu yollarda təmir işləri aparılır


07.08.2018   10:44


Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 0-45 km-lik hissəsində yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

ASAN Radioya bu barədə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bundan başqa avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Abşeron rayonu, Xırdalan dairəsi, Binəqədi istiqamətində üfüqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılır.

İşlər axşam saatlarına qədər yekunlaşdırılacaq.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.




Xəbər lenti

19 Oktyabr











ASAN Radio telefonunuzda
Facebook