USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bu küçələrdə hərəkətin təşkilində dəyişiklik edilib

Bu gündən paytaxtın Binəqədi rayonu Şövkət Məmmədova küçəsinin Süleyman Sani Axundov küçəsi ilə kəsişən hissəsində, eyni zamanda İbrahimpaşa Dadaşov küçəsinin Süleyman Sani Axundov küçəsi ilə kəsişən hissəsində hərəkətin təşkilində dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən ASAN Radioya verilən məlumata görə, Agentliyin mütəxəssislərinin təklifi əsasında tətbiq edilən dəyişikliyə əsasən, Şövkət Məmmədova küçəsinin Süleyman Sani Axundov küçəsi ilə kəsişən hissəsində, eyni zamanda İbrahimpaşa Dadaşov küçəsinin Süleyman Sani Axundov küçəsilə kəsişən hissəsində hərəkət birtərəfli təşkil edilib.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi mütəxəssislərinin ərazidə apardığı təhlillərlə müəyyən edilib ki, Şövkət Məmmədova küçəsinin Süleyman Sani Axundov küçəsi ilə kəsişən hissəsində sola dönən nəqliyyat vasitələrinin qarşıdan gələn nəqliyyat vasitələrini gözləməsi günün pik saatlarında sıxlığın yaranmasına səbəb olurdu. Bundan əlavə kəsişmənin ətrafında qanunsuz parklanmanın və Süleyman Sani Axundov küçəsindən kəsişməyə daxil olan nəqliyyat vastələri üçün yaşıl işığın vaxtının aşağı olması sərbəst nəqliyyat axınına imkan vermirdi. Məlum dəyişiklik ərazidə nəqliyyat sıxlığının aradan qaldırılması ilə yanaşı, Dərnəgül NMM istiqamətində gedən avtobusların rahat hərəkətinə də imkan verəcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!