USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Qarabağ” BATE-yə uduzdu

Avqustun 7-də futbol üzrə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk matçında Ağdamın “Qarabağ” klubu Tofiq Bəhramov adına Respublika Stadionunda Belarusun BATE (Borisov) komandası ilə qarşılaşıb.

 

AZƏRTAC xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən matçda “Qarabağ” təşəbbüsə yiyələnsə də, bundan istifadə edə bilməyib. Əvəzində, matçın birinci hissəsində qonaqlar hesabı açıblar. Oyunun 36-cı dəqiqəsində BATE-nin heyətində Stanislav Draqun adını tabloya yazdırıb – 0:1. İlk hissə bu hesabla başa çatıb.

 

Fasilədən sonra “Qarabağ” hesabı dəyişmək üçün irəli atılsa da, ağdamlıların cəhdləri nəticəsiz qalıb. Oyunda başqa qol olmayıb və matç qonaqların minimal hesablı üstünlüyü ilə başa çatıb.

 

Beləliklə, “Qarabağ” komandası UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün üçüncü təsnifat mərhələsinin ilk oyununda doğma meydanda Belarusun BATE komandasına uduzaraq növbəti mərhələ şansını cavab görüşünə saxlayıb. Cavab qarşılaşması avqustun 14-də oynanılacaq.

 

Qeyd edək ki, bu mərhələnin qalibi Hollandiyanın PSV klubu ilə qarşılaşacaq. Mübarizəni dayandıran klub isə Avropa Liqasının pley-off mərhələsində “Şerif” (Moldova)–“Valur” (İslandiya) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!