USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Taksi sürücüləri istədiyi rəqəmi səsləndirə bilməyəcəklər

“Bakı şəhəri üzrə bütün ictimai nəqliyyat vasitələrinə, o cümlədən taksilərə müəyyən tələblər qoyulacaq. Artıq bununla bağlı Bakı Nəqliyyat Agentliyində konsepsiya hazırlanır” 

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.

Mətbuat katibinin sözlərinə görə, Bakı Nəqliyyat Agentliyində ictimai nəqliyyat və taksilər barədə optimallaşma və təhlillər aparılır. Bu təhlillərin nəticəsi olaraq vahid nəqliyyat konsepsiyası hazırlanır. 

Agentlik rəsmisi bildirib ki, gələcəkdə sürücülər, avtobusların texniki vəziyyəti və digər məsələlərlə bağlı tələblər qoyulacaq. Bundan əlavə paytaxtda fəaliyyət göstərən bütün taksilərdə ödəniş kartla həyata keçiriləcək.

“Taksilərə kameralar quraşdırılacaq, kvotalar tətbiq olunacaq. Bundan sonra taksi sürücüləri yol boyu istədiyi rəqəmi səsləndirə bilməyəcəklər. Konsepsiyada bütün ictimai nəqliyyatda kontaktsız əlaqədən istifadə olunması nəzərdə tutulub. Hazırda istifadə olunan kartlar taksilərə də tətbiq olunacaq”. 

N. Allahyarova onu da bildirib ki, konsepsiyada bütün daşıyıcılar Bakı Nəqliyyat Agentliyi tərəfindən xüsusi təlim mərkəzində yoxlamadan keçməmiş nəqliyyata buraxılmayacaqlar: “Bütün optimallaşma, inteqrasiya prosesiləri yay aylarına təsadüf edəcək. Bəzən elə olur ki, eyni istiqamətdə bir neçə marşrut xətti var. Bəzən eyni istiqamətdə yalnız bir marşrut xətti olur. Bu da sərnişinlərə böyük problem yaradır. Bununla bağlı konsepsiyadan irəli gələn bütün dəyişikliklər yay aylarına təsadüf edəcək ki, insanların hərəkətinə mane olmasın. Avtobus və sürücülərlə bağlı proses mərhələli şəkildə həyata keçiriləcək”-deyə N.Allahyarova bildirib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!