USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
70 yaşlı Akif İslamzadə: İndi də səsiniz niyə batıb deyə soruşurlar - Müsahibə

Xalqın sevimli sənətkarı Akif İslamzadənin 70 illik yubileyidir. Bu münasibətlə radiomuzda qonaq olan Akif müəllim həmkarımız Emin Musaviyə müsahibə verdi. Maraqlı açıqlamalar gün ərzində radioda yayımlanır, həmçinin rəsmi səhifədə yerləşdirilib. Diqqət çəkən açıqlamalardan bəzi hissələri təqdim edirik:

SƏNƏT

"Elə bir şeyə gəlib çıxmışdım ki, musiqidə mahnı janrı məni qane etmirdi, ona görə keçirdik muğama, təsniflərə..."

YEMƏK

"Daşdan yumşaq nə olsa yeyirəm, amma anam (Sara Qədimova) öləndən sonra ağzım dada gəlməyib"

SƏSİNİN BATMASI

"İndi də yaxınlaşıb soruşurlar ki, səsiniz necə oldu batdı? Elə bilirlər - indiyə kimi heç kimə deməmişəm, amma ona səbəbi deyəcəm. Yox mənim heç vaxt düşmənim olmayıb"

MƏNƏVİYYAT və MADDİYYAT

"Mənən çox rahatam, maddi cəhətdən də hər şey yaxşıdır. Həmişə diqqət göstəriblər, elə indi də. Çətinliyim yoxdur" 

İSTİRAHƏT

"Təkliyi sevirəm. Bir oğlum var. Nəvəm yoxdur, amma arzumdur - olsun, mənim taylarımın nəticəsi var. İstirahət vaxtımı əmoğlunun bağında keçirirəm. Evdə də oluram. Tünlüyü sevmirəm, tək qalmağı xoşlayıram. Məsələn, mən mütaliə edirəm, tək olmalıyam, sakit...Televizora baxmıram."

ÖTƏN GÜNLƏRİMİ QAYTARAYDILAR

"İstəməzdim ötən günlərə qayıdım, mənim keçmişə qarşı nostalgiyam yoxdur. Kimsə istəməz ki, onu əlindən tutub yenidən birinci sinfə aparsınlar"

70 YAŞ və ÖLÜM

"Ölümdən qorxmuram. O şey ki haqdan gəlir, ondan qorxmazlar...Sonra sorğu-sual olacaq, narahatam əlbəttə.. Qorx ki elə sual versinlər ki...Nədənsə insanı ölümündən sonra başlayırlar tərifləməyə, mən də deyirəm ki, elə insana ölümündən sonra qiymət verilməsi ən düzgünüdür. Arzum budur ki, öləndən sonra qəbrim üstündə rəhmət oxusunlar. Var elələri, görmüşük, eşitmişik - öləndən sonra daha deməsinlər: gorbagor..."

Müsahibəni buradan dinləyin:

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!