USD - 1.7 EUR - 1.9322 RUB - 0.0256 TRY - 0.3173 DAHA ÇOX
SON DƏQİQƏ
Tamerlan Qarayev Azərbaycanın Litvada səfiri təyin edilib Azərbaycan Rusiyaya qəza ilə əlaqədar elektrik enerjisi ötürüb Elmar Məmmədyarov moldovalı həmkarı ilə görüşüb Bolqarıstanın xarici işlər nazirinin müavini Azərbaycana səfər edəcək Prezident İlham Əliyev keniyalı həmkarını təbrik edib
“Qarabağ”ın “Zirə” ilə oyunu təxirə salınıb

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən Ağdamın “Qarabağ” futbol klubu Peşəkar Futbol Liqasına müraciət edib.

Peşəkar Futbol Liqasından ASAN Radioya bildiriblər ki, “Qarabağ” komandası Belarusun BATE (Borisov) klubu ilə keçiriləcək cavab oyununa daha yaxşı hazırlaşmaq üçün futbol üzrə Topaz Premyer Liqasının 2018-2019-cu illər mövsümünün birinci turunda keçirilməli olan “Zirə” ilə görüşün təxirə salınmasını xahiş edib.

“Qarabağ”ın qitənin ən nüfuzlu klub turnirində çıxışını nəzərə alan Peşəkar Futbol Liqası birinci turun təqvimində dəyişiklik edib və Topaz Premyer Liqasının ilk turunun “Qarabağ” – “Zirə” matçı avqustun 10-dan sentyabrın 26-na keçirilib.

Qeyd edək ki, “Qarabağ” – “Zirə” qarşılaşması təxirə salındığı üçün turun açılış oyunu avqustun 11-də “Dalğa Arena”da “Sumqayıt” və “Neftçi” komandaları arasında olacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio